Açıq mənbələrdən götürülüb
Sərvəti 1 milyon dollardan çox olan 15 mindən artıq Rusiya vətəndaşı bu il ölkəni tərk edə bilər.
"Radio Svoboda" xəbər verir ki, qlobal iqtisadi miqrasiyanı araşdıran “Henley&Partners” agentliyi belə bir proqnozla çıxış edib.
“Rusiya milyonçularını itirir. Son onillikdə hər il daha çox zəngin adam Rusiyanı tərk edir. Bu, ölkənin qarşılaşdığı problemlərlə bağlı erkən xəbərdarlıqdır. Böyük ölkələrin çöküşündən əvvəl həmişə zəngin adamların mühacirətinin sürətlənməsi baş verir. Ölkədən ilk çıxan onlar olur, çünki bunun üçün vəsaitləri var”, - analitik Endrü Amoyls belə deyir.
Eyni zamanda qeyd olunur ki, rusların emiqrasiyası üçün ABŞ və Böyük Britaniya getdikcə daha az əlverişli olur, çünki bu ölkələrdə həmin adamların sərvətləri ilə bağlı hüquqi və etik suallar yarana bilər.
https://toplum.tv/dunya/sipri-nuve-silahindan-istifade-ehtimali-hec-vaxt-olmadigi-qeder-realdir
Analitiklərin proqnozlarına görə, Rusiya zənginləri üçün ən cəlbedici ölkə Birləşmiş Ərəb Əmirlikləri olacaq. Miqrasiyanın digər istiqamətləri Avstraliya, Sinqapur, İsrail, eləcə də Malta, Monako və Mavriki ola bilər.
Tədqiqat müəlliflərinin dəyərləndirməsinə görə, ilin sonuna qədər Ukraynanı 2800 milyonçu tərk edə bilər, bu da milyondan çox sərvəti olanların 42 faizidir.
Xatırlatma
Rusiya 2022-ci il, fevralın 24-də Ukraynada "xüsusi hərbi əməliyyat adlandırdığı" genişmiqyaslı müharibəyə başlayıb.
Hərbi əməliyyatlarla əlaqədar Prezident Vladimir Putin bəyan edib ki, Moskvanın məqsədi Donbass regionunda “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalmış insanları qorumaqdır”.
Hərbi əməliyyatların başlamasından 2 gün əvvəl, fevralın 22-də isə Kreml Ukraynanın şərqindəki separatçı qurumları - "Donbas Xalq Respublikası"nı və Luqansk Xalq Respublikasını" rəsmən tanıyıb.
Ukraynada müharibə başlayandan sonra ABŞ, Avropa Birliyi, Böyük Britaniya, Kanada, Yaponiya, Avstraliya və digər Qərb ölkələri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə başlayıblar. Sanksiyalar paketinə Rusiya neftinə embarqo qoyulması, Rusiya iqtisadiyyatını təcrid edilməsi, oliqarxlara və siyasətçilərə məhdudiyyətlərin tətbiqi daxildir. Rusiya Prezidenti də sanksiya tətbiq edilən şəxslər siyahısına salınıb.
Aprelin 7-də BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur. BMT-nin açıqlamasına görə, müharibə başlayandan bəri 10 milyondan çox ukraynalı ölkəni tərk edib. Müharibənin Ukrayna iqtisadiyyarına milyardlarla dollar ziyan vurduğu bildirilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Yaxın Şərqdə müharibə: ABŞ atəşkəs başa çatdıqdan sonra İsrail üçün qırmızı xətlər çəkib
Açıq mənbələrdən götürülüb
Reuters
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?