Dünya

Rusiya NATO ilə əməkdaşlığı məhdudlaşdırır

18 Oktyabr, 2021
153

RIA Novosti

Noyabrın 1-dən etibarən Rusiya NATO yanındakı daimi nümayəndəliyinin fəaliyyətini dayandıracaq. 

TASS-ın oktyabrın 18-də verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib. 

Nazirin sözlərinə görə, NATO-nun Moskvadakı məlumat bürosu da fəaliyyətini dayandıracaq. Rusiya bundan əvvəl NATO-nun rusiyalı diplomatları Brüsseldən qovması ilə əlaqədar cavab tədbirləri görəcəyini bəyan etmişdi. 

Kremlin mətbuat katibi Dmitri Peskov öz növbəsində bildirib ki, NATO-nun anti-Rusiya siyasəsi artıq "obyektiv gerçəklikdir". 

NATO oktyabrın 6-da Rusiyanı hərbi alyans yanında, Brüsseldəki diplomatik korpus əməkdaşlarının 20 nəfərdən 10 nəfərədək azaldılması barədə qərar çıxarıb. Qurumun baş katibi Yens Stoltenberq Rusiyanın qovulan diplomatlarının "elan olunmamış kəşfiyyat əməkdaşları" olduğunu bildirib. 
 

Dünya

Avropa Birliyi Belarusa qarşı sanksiyaları təsdiq etdi

2 Dekabr 2021

Rəsmi səhifə

Avropa Birliyinə üzv-ölkələrin daimi nümayəndələri komitəsinin (COREPER) iclasında Lukaşenko rejiminə qarşı sanksiyaların beşinci paketi razılaşdırılıb. Bu barədə "RİA Novosti" xəbər verir.  Qərara əsasən, yeni məhdudiyyətlər imzalanandan və ictimailəşəndən sonra qüvvəyə minəcək. Sanksiyaların AB-nin rəsmi jurnalında bu gün, dekabrın 2-də dərc olunacağı gözlənilir. Yeni sanksiya siyahısına Belarusun 17 rəsmi şəxsi və 11 təşkilatı daxil edilib. Daha əvvəl məlum olmuşdu ki, yeni sanksiyalar AB sərhədlərində miqrasiya böhranını təşkil edən və ya ona yardım edən fiziki və hüquqi şəxslərə, dövlət orqanlarına tətbiq ediləcək. Artıq məlumdur ki, Dövlət Sərhəd Xidmətinin sədri Anatoli Lapko, Qrodno sərhəd dəstəsinin rəisi Konstantin Molostov, DİN-in rəsmi nümayəndəsi Anatoli Qlaz...
Dünya

Belarusda növbədənkənar prezident seçkiləri keçirilə bilər

2 Dekabr 2021

Spiegel

Belarus prezidenti Aleksandr Lukaşenko Belarusun yeni konstitusiyasının qəbulundan sonra növbədənkənar prezident seçkiləri ehtimalını dəyərləndirib.  O, bu barədə “RİA Novosti”yə müsahibəsində danışıb. Lukaşenko bildirib ki, Belarus konstitusiyasına dəyişikliklər haqqında referendumdan sonra parlament və Ümumbelarus məclisinə yeni seçkilər keçiriləcək. Bu zaman o, növbədənkənar prezident seçkilərinin keçiriləcəyini də istisna etməyib. Dövlət başçısı deyib ki, seçkilər əgər “prezident qərar verərsə”, ya da əsas qanununun keçici müddəalarında Belarus prezidentinin seçilməsi üçün başqa müddətlər göstərilərsə, keçirilə bilər. Lukaşenko yeni konstitusiyanın qəbulunun əhəmiyyətini daha əvvəl izah edib. O, bildirib ki, dəyişikliklərin mahiyyəti səlahiyyətlərin bölüşdürülməsi və yeni hakimiyyət strukturunun yaradılmasıdır. Dəyişikliklər qəbul edilərsə, parlament və hökumətin rolu artacaq,...
Seçilmiş Videolar