Dünya

Rusiya oliqarxları 2022-ci ilin əvvəlindən 95 milyard dollar itirib

6 Oktyabr, 2022
326

TASS

Mordaşov cə Vekselberq

"Frank Media" resursu "Bloomberg Milyarderlər İndeksi"nin məlumatlarına əsasən hesablayıb ki, Rusiyanın ən zəngin iş adamlarının maliyyə vəziyyəti 2022-ci ilin əvvəlindən 3 oktyabr tarixinə qədər 94,64 milyard dollar azalıb.

Sentyabrın 1-nə olan məlumata görə, 2022-ci ilin əvvəlindən iş adamlarının itkiləri 53,939 milyard dollar təşkil edib. Beləliklə, sentyabrın 1-dən oktyabrın 3-nə kimi rus oliqarxlarının sərvəti ümumilikdə 40,7 milyard dollar dəyər itirib.

Bir çox rus şirkətləri sahibləri və top menecerləri haqqında məlumatları gizlədir. Buna görə də "Frank Media" "Bloomberg" sistemində olan məlumatlardan istifadə edib.

https://toplum.tv/iqtisadiyyat/opec-neft-hasilatini-azaldir-bu-qiymetleri-qaldira-biler

"Frank Media" qeyd edir ki, Rusiyadan olan sahibkarlar siyahısında ən çox “yoxsullaşan” “Renova” investisiya qrupunun sədri və “Rusal”ın həmsahibi Viktor Vekselberq olub: onun sərvəti 11,2 milyard dollar azalıb, indi 7,24 milyard dollar həcmində qiymətləndirilir.

Ziyana düşən milyarderlərin siyahısını "Severstal"ın Direktorlar Şurasının sədri Aleksey Mordaşov tamamlayıb - o, 9,78 milyard dollar itirib, indi onun sərvəti 19,1 milyard dollardır. "Volga Group" investisiya şirkətinin yaradıcısı Gennadi  Timçenkonun sərvəti  9,66 milyard dollar azalaraq 12,8 milyard dollara düşüb. 

"Bloomberg Milyarderlər İndeksi" dünyanın ən zəngin insanlarının real vaxtdakı reytinqidir. O, bazar dəyişiklikləri və "Bloomberg" hesabatlarına əsaslanaraq iştirakçıların şəxsi sərvətini əks etdirir. Bu indeksə daxil olan ən zəngin insanlar ilin əvvəlindən ümumilikdə 1,4 trilyon dollar itirib. Bu, 1970-ci ildən bəri ən böyük azalmadır. Ən çox "yoxsullaşan" sahibkarlar arasında ilk beşlikdə Çanpen Zjao, Mark Zukerberq, Ceff Bezos, Elon Mask və Bernar  Arnonun adı var. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Məhkəmə qərar çıxardı: Tramp yaxın günlərdə həbs oluna bilər

Toplum TV
31 Mart 2023

Açıq mənbələrdən götürülüb

Manhetten məhkəməsinin böyük jürisi Donald Trampın cinayət işi üzrə ittiham elan edilməsi barədə qərar çıxarıb. Sabiq prezident 2016-cı il seçkilərində porno ulduz Stormi Danielsə qanunsuz ödəniş etməklə bağlı ittihamlarla üzləşib Toplum Tv “The New York Times” nəşrinə istinadən xəbər verir ki, məlumat prokurorluq tərəfindən rəsmən təsdiqlənib. Trampın saxlanılması, fotosunun çəkilməsi və barmaq izinin götürülməsi, bundan sonra hakimin həbs-qətimkan tədbiri ilə bağlı qərar verəcəyi gözlənilir.  Prokurorlar siyasətçinin saxlanma vaxtını razılaşdırmaq üçün eks-prezidentin vəkilləri ilə əlaqə saxladıqlarını bildiriblər. Onun müdafiəçilərinin fikrincə, bu, gələn çərşənbə axşamı baş verə bilər. Trampın iqamətgahının yerləşdiyi Florida ştatının qubernatoru Ron Desantis bildirib ki, Nyu-York prokurorları tərəfindən ekstradisiya...
Dünya

Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqlədi

Toplum TV
31 Mart 2023

Açıq mənbələrdən götürülüb

Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqləyib. Protokolun əleyhinə bir dənə də olsun səs verən olmayıb.  Toplum TV xəbər verir ki, Türkiyə ittifaqın 30 ölkəsi arasında Finlandiyanın təşkilata qoşulmasını təsdiqləyən sonuncu ölkə olub. Bu həftənin əvvəlində Macarıstan parlamenti lehinə səs vermişdi.  Finlandiya özü əvvəllər Şimali Atlantika Alyansına qoşulmaq üçün bütün lazımi sənədləri rəsmiləşdirib. İndi o, iyulda Litvada keçiriləcək sammitdə NATO-ya qəbul edilə bilər. https://toplum.tv/dunya/pkiliccedildaroglu-prezident-seccedililse-rusiyaya-tuumlrkiyenin-nato-uumlzvuuml-oldugunu-quotxatirlatacaqquotp Buna baxmayaraq, İsveçin quruma qoşulmaq üçün Finlandiya ilə eyni vaxtda verdiyi ərizənin taleyi hələ də məlum deyil. Macarıstan və Türkiyə bir sıra şərtlər irəli sürərək İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu hələ...

Seçilmiş Videolar

Toplum TV loqo