Dünya

Rusiya "qeyri-dost" ölkələrin siyahısını tərtib edəcək

28 Aprel, 2021
69

RİA Novosti

Rusiya "qeyri-dost" ölkələrin siyahısını təqdim etməyə hazırlaşır. 

"RİA Novosti"-nin aprelin 28-də verdiyi xəbərə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib. 

"Məncə siyahı tezliklə tərib olunacaq. Hökumət konkret kriteriyalar üzərindən konkret tapşırıqlar alıb. Ona görə də düşünürəm ki, biz çox gözləməli olmayacağıq", - XİN rəhbəri açıqlamasında deyib. 

Mart ayında Birləşmiş Ştatlar prezidenti Co Baydenin rusiyalı həmkarını "qatil" hesab etdiyini açıqlamasından sonra, ABŞ-Rusiya münasibətləri daha da pisləşib. Bundan başqa, aprelin 15-də Bayden Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasıyla bağlı göstəriş verib. ABŞ Rusiyanı prezident seçkilərinə müdaxilə etməkdə, kiber-hücumlarda, Ukrayanaya qarşı aqressiyada və müxalif lider Aleksey Navalnını qanunsuz həbs etməkdə ittiham edir. Sanksiyalar çərçivəsinə bir qrup rus diplomatın ölkədən çıxarılması barədə də qərar çıxarılıb. 

Sanksiyalara cavab olaraq Rusiya da ABŞ-a qarşı bir sıra məhddudiyyətlər tətbiq edib. 10 amerikalı diplomata ölkəni tərk etmək barədə göstəriş verilib. 
 

Dünya

BMT Təhlükəsizlik Şurası Qüds məsələsində razılığa gələ bilmir

17 May 2021

Sosial Media

BMT Təhlükəsizlik Şurası İsrail və Fələstin arasında münaqişənin kəskinləşməsi barədə bəyanatını üçüncü dəfə razılaşdıra bilməyib.  Bu barədə mayın 17-də “The Times of Israel” diplomatik mənbələrinə istinadən xəbər verib. Bildirilir ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin vahid nəticəyə gəlməməsinə səbəb ABŞ-ın mövqeyi olub. Diplomatların sözlərinə görə, Birləşmiş Ştatların təmsilçiləri özlərinin “diplomatik səyləri üçün bir qədər vaxt” istəyiblər.  Məlumata görə, məsələ ətrafında danışıqlar hələ davam edir. Fələstinə bağlı təşkilatlar mayın 10-dan başlayaraq İsraili güclü raket atəşinə tuturlar. İsrail ordusu buna cavab olaraq ehtiyatda olan beş min hərbçisini səfərbər edib və “Divar keşikçiləri” adlı əməliyyat keçirib.  Mayın 16-na olan məlumata görə, Fələstin-İsrail münaqişəsi qızışandan...
Dünya

Gürcüstan daxili işlər naziri böhranı həll etmək üçün Dmanisiyə yollandı

17 May 2021

Sputnik

Gürcüstan daxili işlər naziri Vaxtanq Qomelauri azərbaycanlılarla svanlar arasında qarşıdurmanın baş verdiyi Dmanisi şəhərinə gəlib. Bu barədə mayın 18-də "Sputnik Gürcüstan" məlumat verib.  Məsələ ilə əlaqədar açıqlama verən Qomelauri bildirib ki, vəziyyət gözlənilmədən nəzarətdən çıxıb, ona görə də polisin səyləri nəticə verməyib.  "İnsanlar çox tez toplandılar və qısa zamanda xaotik vəziyyət yarandı. Bölgəyə əlavə qüvvələr cəlb edilmişdi, amma bu da kifayət etmədi. Təəssüf ki, bu qədər böyük kütlə idarə oluna bilmədi və Dmanisiyə əlavə qüvvələr göndərildi. Ona görə də insanları və bu qarşıdurmanı vaxtında dayandırmaq mümkün olmadı. Etnik azərbaycanlılar bizim vətəndaşlarımızdır, Azərbaycan strateji tərəfdaşımız, qonşumuz, müttəfiqimiz, dostumuzdur. Bunun etnik bir...
Seçilmiş Videolar