Dünya

Rusiya: saxlananlar və yaralananlar 

23 Yanvar, 2021
94

Rtvi

Yanvarın 23-də Rusiyanın müxtəlif şəhərlərində Aleksey Navalnıya dəstək məqsədilə keçirilən etiraz aksiyalarında ən azı 1614 nəfər saxlanıb. Bu barədə Rusiyada insan hüquqlarının müdafiəsiylə məşğul olan müstəqil media platforması “OVD-Info” məlumat verib. 

 

Həbslər daha çox Moskvada (513 nəfər) və Sankt-Peterburqda (212 nəfər) qeydə alınıb. Digər şəhərlərdə 100-dən çox adamın nəzarət altına alındığı, yaralananların olduğu,

 "Novaya qazeta”nın müxbirinin döyüldüyü bildirilir.

 

"Röyters"in məlumatına görə, Moskvada küçələrə ən azı 40 min adam çıxıb. 

 

Artıq İstintaq Komitəsinin təhlükəsizlik qüvvələrinə qarşı zorakılıq hallarıyla bağlı yoxlamalara başladığı deyilir.

Vladivostokda bununla bağlı iki cinayət işi açılıb ("Novaya").

 "Beeline" istifadəçiləri mobil şəbəkədə gün boyu nasazlıqlar olduğunu (“Downdetector.veb”),

“Rostelecom” abunəçiləri isə şəbəkənin fasilələrlə çalışdığını bildiriblər.("RİA Novosti”).

Dünya

Köçəryan yeni müharibə ehtimalını və hakimiyyətə qayıdışını istisna etməyib

4 Mart 2021

JAM News

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan baş nazir Paşinyanın istefasını tələb edən müxalifətə rəhbərlik etməyi planlaşdırmır.  Bu barədə o, martın 4-də Yerevanda keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, müxalifətin hazırkı lideri Vazgen Manukyan layiqli, təcrübəli siyasətçidir. Hərəkatın vəzifəsi hökumətin istefası və bir ildən sonra növbədənkənar seçkilərin keçirilməsidir. Amma Manukyan bu seçkilərdə iştirak etməyəcək. Bu mənada Ermənistanda belə ciddi məsuliyyəti öz üzərinə götürməyə hazır olan siyasətçilər o qədər də çox deyil, Köçəryan deyib. Ermənistan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin bərpası ilə bağlı suala cavab verən Köçəryan deyib ki, buna 3 mlrd. dollar lazımdır. Ermənistan hakimiyyəti itkilərin - maddi və insani miqyasından danışmır,...
Dünya

Pandemiya dövrünü hansı insanlar daha rahat keçirir?

4 Mart 2021

KHN

Koronovirus pandemiyası dövrünü ədəbsiz, çılğın və üzlü insanlar daha rahat keçirirlər.  "RİA Novosti"nin martın 4-də verdiyi xəbərə görə, bu nəticəyə İtaliyanın Florensiya universitetinin alimləri gəlib.  Alimlərin tədqiqat işində göstərilir ki, COVID-19 səbəbindən tətbiq olunan sosial təcrid siyasəti ciddi psixoloji fəsadlara, o cümlədən gərginliyin artmasına və emosional rahatlığın azalmasına səbəb ola bilər. Alimlər 2020-ci ilin 10 mart və 2 iyun tarixləri arasında sorğu keçiriblər. Sorğuda orta yaş həddi 31,3 il olan 619 nəfər iştirak edib.  Tədqiqat işində göstərilir ki, psixopatiya - amansızlıq və mərhəmət çatışmazlığı, sosial dominantlıq və manipulyasiyaçılıq, eləcə də çılğınlıq və kəskin duyğulara meyllə xarakterizə olunur. Sorğunun nəticələrindən belə...
Seçilmiş Videolar