Dünya

Rusiya “Şimal axını”ndakı insidentlərin arxasında ABŞ-ın dayandığını iddia edir

29 Sentyabr, 2022
1063

Reuters

“Şimal axını” qaz kəmərlərindəki insidentlər ABŞ kəşfiyyatının məsuliyyət daşıdığı zonada baş verib.

"RİA Novosti" xəbər verir ki, bunu sentyabrın 29-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Solovyov Live" proqramının efirində deyib.

Onun sözlərinə görə, qaz kəmərlərində sızmalar Danimarka və İsveçin ticarət-iqtisadi zonasında baş verib və bu əraziyə “Amerikanın kəşfiyyat xidməti nəzarət edir”. 

https://toplum.tv/dunya/putin-heqiqeten-nuve-silahindan-istifade-ede-bilermi

Bundan əvvəlsə məlum olub ki, İsveç Sahil Mühafizəsi “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində dördüncü qaz sızmasını aşkar edib. Dörd sızıntıdan ikisi İsveçin iqtisadi zonasında baş verib. "Svenska Dagbladet" nəşrinin yazdığına görə, indiyə qədərki  məlumatlar sızıntıya səbəbin təxribat olduğunu göstərir.

“Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin zədələnməsi bazar ertəsi günü məlum olub. Kəmərə külli miqdarda ziyan dəydiyi bildirilir. Seysmoloqlar bildiriblər ki, kəmərlərdəki sızmalara səbəb ərazidə baş verən iki və ya üç partlayışdır. 

Almaniya, Danimarka və İsveç rəsmiləri hadisəni təxribat kimi qiymətləndiblərlər və məsələnin araşdırıldığını bildiriblər. Öz növbəsində insidentlərlə bağlı Rusiyada da cinayət işi açılıb.

“Şimal axını 1” və “Şimal axını 2” Baltik dənizi vasitəsilə Rusiyadan Avropaya uzanan və Avropa ölkələrini enerji ilə təmin edən təbi qaz nəqli kəmərləridir.  


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo