Dünya

Rusiya SWIFT sistemindən kənarlaşdırılacaqmı? - Blinken cavab verib

7 May, 2021
154

NBS News

ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiyanın SWIFT beynəlxalq ödəniş sistemindən kənarlaşdırılması ehtimalı barədə suala cavab verib.

Onun mayın 7-də “Radio Svoboda”ya verdiyi müsahibənin stenoqramı Dövlət Departamentinin saytında yerləşdirilib. 

“Bizim gələcəkdə nə edə biləcəyimiz haqqında hipotetik suallara baş vurmaq istəmirəm. İcazənizlə sadəcə bir şeyi deyim, söhbət təcavüzün qarşısının alınmasından gedirsə, biz bütün ağlabatan variantları nəzərdən keçirəcəyik”, -  Blinken deyib.

Dövlət katibi qeyd edib ki, ABŞ Rusiya ilə daha sabit və proqnozlaşdırılan münasibətlərə malik olmağa üstünlük verərdi, amma son nəticədə hər şey “Rusiyanın hərəkətlərindən və ya hərəkətsizliyindən” asılıdır. Onun sözlərinə görə, əgər Rusiya düşüncəsiz və təcavüzkar hərəkətlərini davam etdirərsə, cavabı veriləcək: "Çünki belə addımlar cəzasız qala bilməz".

Bundan əvvəl açıqlama verən Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova demişdi ki, Rusiya SWIFT beynəlxalq ödənişlər sistemindən kənarlaşdırılması ehtimalına qarşı hazırlıq görür.
 

Dünya

Baş Prokurorluq 4 namizədin həbsi üçün vəsatət verib

20 İyun 2021

Açıq mənbələrdən götürülüb

Ermənistan Baş Prokurorluğu Mərkəzi Seçki Komissiyasına 4 namizədin haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət göndərib. MSK-nın hüquq şöbəsinin müdiri Liliya Akopyan “Azadlıq” radiosunun erməni xidmətinə deyib ki, komissiya iki namizədlə bağlı razılığını verib. Bunlar “Şərəf duyaram” blokunun namizədi Ruben Xlgatyan və “Çiçəklənən Ermənistan” partiyasının namizədi Aramais Aproyandır. MSK təmsilçisinin sözlərinə görə, daha iki namizəd üçün vəsatətlər müzakirə olunmayıb, qanun üç günlük bir müddət təyin edib. Həmin vəsatətlərin seçkidən bir gün öncə - iyunun 19-da daxil olduğu bildirilir. Seçki günü təşviqatın Seçki Məcəlləsi ilə də qadağan olunduğunu əsas gətirən Liliya Akopyan Akopyan Baş Prokurorluğun hansı namizədlərin həbsi ilə bağlı müraciət...
Dünya

Seçki günü Ermənistanda məntəqədə atəş açılıb

20 İyun 2021

Sia.az

İyunun 20-də Ermənsitanda seçki məntəqəsinə atəş açıldığı bildirilir. Bu haqda News.am xəbər verir. Polis Şöbəsinə Azataşen kəndindəki seçki məntəqəsinə atəş edildiyi barədə məlumat daxil olduğu deyilir. Araşdırma zamanı məlum olub ki, seçki məntəqəsində “Çiçəklənən Ermənistan” Partiyası ilə “Verelk” Partiyasının nümayəndələri arasında mübahisə düşüb və bir neçə dəfə atəş açılıb. Faktla bağlı araşdırma aparılır. Emənistanda “Respublika naminə” partiyasının rəhbəri, “Şirinyan-Babacanyan demokratlar bloku”nun liderlərindən Arman Babacanyan seçki günü səhər saatlarında avtomobilinin yan şüşəsində güllə izi tapdığını deyir. Bu haqda “Azadlıq” radiosunun erməni xidmətinə danışan siyasətçi özünə heç nə olmadığını bildirib. Onun sözlərindən məlum olur ki, hadisə vaxtı avtomobildə nə özü, nə də...
Seçilmiş Videolar