Açıq mənbələrdən götürülüb
Moskva Türkiyəyə S-400 zenit-raket komplekslərinin ikinci partiyasının satışını elan edib, Rusiya artıq müqavilənin icrası üzərində işləyir.
Bu barədə Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin rəhbəri Dmitri Şuqayev məlumat verib.
Şuqayev müqaviləni Moskvada "Ordu-2022" forumunda elan edib. O, sövdələşmənin nə vaxt bağlandığını açıqlamayıb, lakin qeyd edib ki, bu, Türkiyədə komplekslərin istehsalının qismən lokallaşdırılmasını nəzərdə tutur. Onun sözlərinə görə, “çətin siyasi vəziyyət” “Rusiya tərəfinin tərəfdaşlarla qarşılıqlı fəaliyyətinin bəzi aspektlərinə təsir göstərib”, lakin Türkiyə ilə hərbi-texniki əməkdaşlıq davam edir.
https://toplum.tv/dunya/putin-qehreman-ana-titulunu-berpa-etdi
S-400 zenit-raket kompleksi uzaq və orta mənzilli raket sistemidir, 2007-ci ildə istifadəyə verilib, Türkiyədən əlavə, Moskva Çin və Hindistana da ondan tədarük edib, Suriyada fəaliyyət göstərir. Moskva və Ankara 2017-ci ildə komplekslərin tədarükünə dair müqavilə imzalayıblar. Türkiyə bu sistemləri əldə edən ilk NATO ölkəsi olub.
Vaşinqton dəfələrlə Ankaradan komplekslərdən imtina etməyi tələb edib. Türkiyə buna cavab olaraq bildirib ki, müttəfiqlər məqbul şərtlərlə kompleksin analoqunu təqdim edə bilmirlər.
Bundan əvvəl ABŞ S-400-lərin alınması səbəbindən Türkiyəyə F-35 döyüş təyyarələri verməkdən imtina edib və bir neçə türk məmurunu sanksiya siyahısına salıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
drive.com
Açıq mənbələrdən götürülüb