Dünya

Rusiya Türkiyəyə iyun reyslərini təxirə salır

18 May, 2021
128

Reuters

Rusiyanın "Aeroflot" hava yolları şirkəti Türkiyəyə iyun reyslərinin demək olar ki, hamısını təxirə salıb. Koronavirusun yayılmasına qarşı ötən ay tətbiq olunmuş qadağa uzadılıb.

Şirkətdən verilən məlumata görə, Rusiya hökuməti Türkiyəyə uçuşları bərpa edənəcən qadağa qüvvədə qalacaq. 

Rusiya mətbuatı yazır ki, qadağa iyunun 30-dək qüvvədə qalacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri İbrahim Kalın, Turizm naziri Mehmet Nuri Ersoy mayın 17-də Rusiyaya səfər zamanı turizm, vaksin göndərişləri və digər məsələləri müzakirə ediblər. 

Kalın danışıqlardan sonra mətbuata açıqlamasında deyib ki, Rusiya Türkiyədə yoluxmaları, qadağaların yumşaldılmasını diqqətlə izləyir.

“Rusiya vaksininin tezliklə Türkiyəyə göndərilməsi, eləcə də turizm mövsümü ilə bağlı tədbirləri, uçuşların başlanmasını, prosesini sürətləndirilməsi üzrə razılaşma əldə etdik”, – deyə o qeyd edib.

Dünya

Baş Prokurorluq 4 namizədin həbsi üçün vəsatət verib

20 İyun 2021

Ria.ru

Gorusun seçki məntəqələrində əsgərlərə səsvermə ilə bağlı təlimat verilir. Bu haqda “News.am”-a şəhərin meri Aruş Aruşanyan deyib. “Çox sayda qanun pozuntusu var. Bizim yerlərdəki etibarlı şəxslərimiz güclüdürlər. Kimsə qanun pozuntusuna yol vermir, yerindəcə onları qeqdiyyata alır və buna imkan vermirlər”, - Aruşanyan deyib. Ermənistanda hərbi qullquçuların kütləvi şəkildə məcburi səs verməyə aparılması haqda sosial mediada da məlumatlar və bəzi görüntülər yayılıb. Ermənistan Müdafiə Nazirliyi mətbuatda və sosial şəbəkələrdə hərbi heyətin zorla səs verməsi barədə yayılan məlumatları təkzib edir. Nazirlik hərbçilərin seçki məntəqələrinə qrup halında aparılmasını daşınma prosesinin koordinasiyalı həyata keçirilməsi ilə izah edib. “Yayılan görüntülərdə seçki məntəqələrindəki hərbi qulluqçular çəkilib...
Dünya

Baş Prokurorluq 4 namizədin həbsi üçün vəsatət verib

20 İyun 2021

Açıq mənbələrdən götürülüb

Ermənistan Baş Prokurorluğu Mərkəzi Seçki Komissiyasına 4 namizədin haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət göndərib. MSK-nın hüquq şöbəsinin müdiri Liliya Akopyan “Azadlıq” radiosunun erməni xidmətinə deyib ki, komissiya iki namizədlə bağlı razılığını verib. Bunlar “Şərəf duyaram” blokunun namizədi Ruben Xlgatyan və “Çiçəklənən Ermənistan” partiyasının namizədi Aramais Aproyandır. MSK təmsilçisinin sözlərinə görə, daha iki namizəd üçün vəsatətlər müzakirə olunmayıb, qanun üç günlük bir müddət təyin edib. Həmin vəsatətlərin seçkidən bir gün öncə - iyunun 19-da daxil olduğu bildirilir. Seçki günü təşviqatın Seçki Məcəlləsi ilə də qadağan olunduğunu əsas gətirən Liliya Akopyan Akopyan Baş Prokurorluğun hansı namizədlərin həbsi ilə bağlı müraciət...
Seçilmiş Videolar