Dünya

Rusiya: Ukrayna məsələsində Azərbaycanın ölçülü mövqeyini bəyənirik

25 Aprel, 2022
129

ria.ru

Moskva Bakı və İrəvanın Ukrayna ilə bağlı ölçülü mövqeyini qeyd edir - hətta görünməmiş xarici təzyiq və anti-Rusiya kampaniyası şəraitində belə tərəfdaşlar milli maraqlara əsaslanan siyasət yürüdürlər.

"Ria.ru”nun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentin direktoru Denis Qonçar deyib.

Deniz Qonçar Azərbaycanın və Ermənistanın mövqeyindən məmnunluq ifadə edib: "Ukrayna ətrafındakı vəziyyətlə bağlı azərbaycanlı və erməni tərəfdaşlarımızın ölçülü mövqeyini və bununla bağlı Qərbin misli görünməmiş anti-Rusiya kampaniyasını qeyd edirik. Biz Azərbaycan və Ermənistan rəhbərliyinin xarici qüvvələrin hansı təzyiqi ilə üzləşdiyini yaxşı bilirik. Biz Bakı və İrəvanın xarici siyasət yürüdərkən ilk növbədə öz milli maraqlarını rəhbər tutmalarını yüksək qiymətləndiririk”, - deyə rusiyalı diplomat vurğulayıb.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.


 

Dünya

Böyük Britaniya Rusiyanın 3 aviaşirkətinə sanksiya tətbiq edib

19 May 2022

açıq mənbədən götürülüb

Britaniya Rusiyanın “Aeroflot”, “Rossiya” və “Ural Airlines” aviaşirkətlərinə qarşı sanksiyalar tətbiq edib.  Bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat verilib. Məlumatda bildirilir ki, bu aviaşirkətlər artıq Britaniya hava limanlarında istifadə olunmamış yerlərini sata bilməyəcəklər və bu, Rusiyanın 50 milyon funt sterlinq (62,3 milyon dollar) mənfəət əldə etməsinə mane olacaq. “Nə qədər ki, Putin Ukraynaya qarşı barbar hücumunu davam etdirəcək, biz də Rusiya iqtisadiyyatına zərbə vurmağa davam edəcəyik. Artıq hava məkanımızı Rusiya aviaşirkətlərinin üzünə bağlamışıq. Bu gün biz onların hava limanlarımızda sərfəli yerlərini nağdlaşdırmasının qarşısını almaq üçün hər şeyi edirik. Hər bir iqtisadi sanksiya bizim Putinə aydın mövqeyimizi gücləndirir: Ukrayna qalib...
Dünya

ABŞ və Çinin qlobal borcu rekord 305 trilyon dollara çatıb

19 May 2022

"Shutterstock"

ABŞ və Çin özlərinin qlobal borclarını rekord 305 trilyon dollara çatdırıblar. Beynəlxalq maliyyə institutunun (İİF) göstəriciləri isə borcun ümumi istehsala nisbətinin azaldığını göstərir. Cari ilin birinci rübü ərzində Çinin borcu 2,5 trilyon dollar çoxalıb. ABŞ-ın borcuna isə 1,5 trilyon əlavə olunub. Bunun müqabilində dalbadal üçüncü rübdür ki, Avrozonada ümumi borcun azaldığı müşahidə olunur. Dünya borcunun ümumi daxilə məhsula nisbəti 348 faizə düşüb. Bu da bir il əvvəl qeydə alınan borcdan təxminən 15% aşağıdır. Bu zaman Avropa Birliyi ölkələrində vəziyyətin xüsusilə yaxşılaşması nəzərə çarpır. İİF-in məlumatlarına görə, Vyetnam, Tailand və Cənubi Koreya bu sahədə daha yüksək göstəricilərə malikdirlər. “Bu il artımın...

Seçilmiş Videolar

Toplum TV loqo