Sosial Media
Bu gün səhər saatlarından etibarən Rusiya Ukrayna şəhərlərini kütləvi raket zərbələriylə bombalamağa başlayıb.
"Radio Svoboda"-nın məlumatına görə, Kiyev şəhərinin meri Vitali Kliçko bildirib ki, Ukrayna paytaxtının mərkəzində yerləşən Şevçenko rayonu hücuma məruz qalıb. Partlayışların baş verdiyi ərazi Prezident Volodimir Zelenskinin ofisinin yaxınlığıdır. Partlayışlardan sonra Kiyevdə qatarların hərəkəti dayandırılıb. Meriyanın məlumatına görə, bütün yeraltı stansiyalar sığınacaq kimi fəaliyyət göstərəcək.
https://toplum.tv/dunya/bayden-putin-nuve-silahindan-istifadeyle-bagli-zarafat-etmir
Dneprə də zərbələr endirilib. Vilayətin şəhər və rayonlarında hava həyəcanı elan edilib. Həmçinin Jitomir, Ternopol, Lvov və Xmelnitskiyə raket zərbələri endirilib.
Sonuncu dəfə Kiyevə raket hücumu iyunun sonunda həyata keçirilmişdi.
Ukrayna şəhərlərinin bombalanmasından əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Krım körpüsündə baş verən partlayışa cavabın “yalnız terrorçuların birbaşa məhv edilməsi ola biləcəyini” bildirmişdi. O, Ukraynanı “uğursuz dövlət”, ölkə hakimiyyətini isə “cinayətkar rejim” adlandırmışdı.
Öz növbəsində Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünün partlamasına görə Ukrayna xüsusi xidmət orqanlarını günahlandırmışdı: "Krım körpüsünün vurulması Rusiyanın mülki infrastrukturunun dağıdılmasına yönəlmiş bir terror aktıdır və bu aktın sifarişçisi, icraçısı Ukrayna Xüsusi Xidmət Orqanlarıdır."
Rusiyanın kütləvi raket hücumları nəticəsində mülki vətəndaşların öldüyü və yaralandığı bildirilir. Məlumata görə, təkcə Kiyevin Şevçenko rayonuna düşən raket zərbələri nəticəsində 8 ölü, 24 yaralı var.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb