Dünya

Rusiya Ukraynadakı "Bayraktar" zavodunu vura bilər

9 Avqust, 2022
167

Açıq mənbələrdən götürülüb

Ukraynada "Bayraktar" pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün fabrik yaradılacağı təqdirdə, o, demilitarizasiyaya məruz qalacaq. 

TASS məlumat verir ki, bu sözləri avqustun 9-da Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib. 

Kreml rəsmisinin sözlərinə görə, əgər zavod qurulsa, bu, ancaq “ukraynalıların əzab-əziyyətini” uzatmış olacaq. 

“Belə bir obyektin yaradılması faktı, əlbəttə ki, dərhal demilitarizasiya kateqoriyasına düşür. Bu (...) yəqin ki, ancaq “ukraynalıların əzab-əziyyətini” uzatmış olacaq, amma xüsusi hərbi əməliyyatın məqsədindən yayınmasına kömək etməyəcək”, - deyə Peskov bildirib.

https://toplum.tv/dunya/rusiya-ve-ukrayna-ordusunun-muqayisesi-kim-qelebe-calacaq

Ukraynada Türkiyənin “Bayraktar” dronlarının istehsalı və texniki xidməti üçün zavodun tikilməsi planlaşdırılır. “Baykar Makina” şirkətinin məhz bunun üçün Ukraynada torpaq sahəsi aldığı bildirilir. 

Ukrayna Rusiyanın işğalçılıq müharibəsində Rusiyanın Türkiyənin "Bayraktar" dronlarından aktiv şəkildə istifadə edir. 

Dünya

İran Məhsa Əmininin ölüm səbəbini açıqladı

7 Oktyabr 2022

Sosial Media

İran Ədliyyə Xidməti Məhsa Əmininin ölümünün beyin hipoksiyasına görə olduğunu müəyyən edib. Bu barədə "Reuters" xəbər yayıb.  Məhsa Əmininin tibbi ekspertizasında onun ölümünün "baş və həyati orqanlara vurulan zərbələrlə əlaqədar olmadığı" bildirilib. https://toplum.tv/dunya/xameneyi-irandaki-etirazlarin-arxasinda-abs-ve-sionistler-dayanir Məhkəmə-tibbi ekspertləri bildirib ki, Əmini 8 yaşında olarkən beyin əməliyyatı keçirib və ağır dərmanlar qəbul edib: “Mərhumun uşaqlıqda keçirdiyi xəstəlik və qəbul etdiyi ağır dərmanlar səbəbindən polis idarəsində huşunu itirib. Və bundan sonra onun orqanizminin vəziyyətə uyğunlaşmaq üçün lazımi qabiliyyəti olmayıb”. 22 yaşlı Əmininin İran əxlaq polisinin nəzarətində olarkən ölməsi ölkədə iki həftədən çox davam edən kütləvi etirazlara səbəb olub. Atası onun ayaqlarında qançırlar olduğunu və onun...
Dünya

Nobel Sülh Mükafatının qalibləri bəlli oldu 

7 Oktyabr 2022

Rəsmi səhifə

Rusiyanın “Memorial” hüquq müdafiə təşkilatı, belarus hüquq müdafiəçisi Ales Byalyatski və Ukraynanın “Mülki Azadlıqlar Mərkəzi” hüquq müdafiə təşkilatı Nobel Sülh Mükafatına layiq görülüblər.  Bu barədə oktyabrın 7-də Nobel Komitəsi məlumat yayıb.  Nobel Sülh Mükafatı 1901-ci ildən "sülhün möhkəmlənməsinə görkəmli töhfəsinə görə" verilir. 120 il ərzində 109 fiziki şəxsə və 25 təşkilat mükafata layiq görülüb. Laureatlar arasında ən gənc mükafatçı, 2014-cü ildə mükafatı alan 17 yaşlı pakistanlı hüquq müdafiəçisi Malala Yusufzai də daxil olmaqla 18 qadın var. Beynəlxalq Qızıl Xaç Komitəsi üç dəfə Nobel Sülh Mükafatına layiq görülüb. https://toplum.tv/dunya/putin-kadirova-general-polkovnik-rutbesi-verdi Nobel Sülh Mükafatının tarixi ərzində SSRİ və Rusiyanın üç vətəndaşı laureat olub:...

Seçilmiş Videolar

Toplum TV loqo