Dünya

Rusiya və Çin birgə nüvə layihəsi həyata keçirəcəklər

18 May, 2021
991

RIA Novosti

Rusiya prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Tsinpin birgə Rusiya-Çin atom obyektinin təməlqoyma mərasimində iştirak edəcəklər. 

Bu barədə mayın 18-də Çin Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xidmətin nümayəndəsi Xua Çun İn dəqiqləşdirib ki, iki ölkə liderinin iştirak edəcəyi tədbir onlayn formatda keçiriləcək. Xəbərdə hər hansı başqa detal açıqlanmayıb.  

Rusiyanın TASS agentliyinin məlumatına görə isə, 2019-cu ilin martında "Rosatom" və Çin milli atom korporasiyasının nümayəndələri Tyanvan Atom Elektrik Stansiyasının (AES) yeddinci və səkkizinci bloklarının inşası barədə müqavilə imzalayıblar. "Rosatom"un rəhbəri Aleksey Lixaçov bu ilin martında bildirmişdi ki, may ayında Tyanvan AES-in “yeddinci blokunun ilk betonu”nun inşası planlaşdırılır. 

Martın 9-da Rusiya və Çin Ay stansiyasının yaradılması haqqında memorandum imzalayıblar. Sənəddə stansiyanın “çoxprofilli və çoxməqsədli elmi-tədqiqat işlərinin həyata keçirilməsi üçün” yaradılacağı bildirilir. Razılaşma layihənin birgə planlaşdırılmasını, istismarını və reallaşdırılmasını, eləcə də dünya birliyinə birgə təqdimatını nəzərdə tutur. 
Tərəflər “hüquq və öhdəliklərin paritet bölüşdürülməsi”ni və “kosmik məkandan dinc məqsədlərlə və bütün bəşəriyyətin maraqları çərçivəsində” istifadəni  rəhbər tutmağı qərara alıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo