Dünya

Rusiya və Ermənistan erməni ordusunda başladılan "genişmiqyaslı islahatlar"ı müzakirə edib

7 Aprel, 2021
40

Sputnik

Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Ermənistanın müdafiə naziri Vaqarşaq Arutyunyan arasında telefon danışığı olub.

Bu barədə aprelin 7-də Ermənistan Müdafiə Nazirliyi məlumat verib.

Məlumata görə, nazirlər Ermənistanın Sünik bölgəsindəki təhlükəsizliklə bağlı vəziyyəti, Dağlıq Qarabağdakı nizamlanma ilə bağlı vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bildirilib ki, müdafiə qurumlarının rəhbərləri Rusiyanın 102 saylı hərbi bazasının və Ermənistan ilə Rusiya ümumqoşun qruplarının fəaliyyətini müzakirə ediblər. Tərəflər həmçinin Ermənistan ordusunda başladılan genişmiqyaslı islahatlar məsələsinə də toxunublar. 

Şoyqu və Arutunyanın Rusiyanın Dağlıq Qarabağdakı sühməramlı kontingentinin fəaliyyətindən də danışdıqları qeyd olunub. 

Dünya

ABŞ İrana qarşı tətbiq olunan sanksiyaları ləğv etməyəcək

10 Aprel 2021

Panda Security

ABŞ 2017-ci ildə İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyəcək. CNN-nin məlumatına görə, bunu aprelin 10-da Dövlət Departamentinin rəsmisi deyib. O bildirib ki, İranın bütün sanksiyaların ləğv olunmasına dair tələbi qəbulolunmazdır: "Əgər İran 2017-ci ildə qəbul edilən sanksiyaların ləğv olunmasını tələb edib, əks təqdirdə sazişin əldə olunmayacağı ilə bağlı mövqeyində israr edəcəksə, o zaman danışıqlar dalana dirənəcək". İran ABŞ-ın tələb etdiyi nüvə sazişinin yenidən bərpa olunması üçün bütün sanksiyaların ləğvini tələb edir. 
Dünya

Gürcüstan prezidenti müxalifəti anlayışlı olmağa çağırdı

10 Aprel 2021

Agenda.ge

Salome Zurabişvili bütün siyasi partiyaları ölkənin ərazi bütövlüyünün həlli, pandemiya ilə mübarizə və siyasi gərginliyin azaldılması üçün həmrəyliyə çağırıb. "Sputnik Gürcüstan"ın aprelin 10-da verdiyi xəbərə görə, bu barədə Zurabişvili parlamentdəki çıxışı zamanı danışıb.  “Bu gün böyük çətinliklərlə üzləşən ölkə öz tarixi təcrübəsinə söykənməli və həmrəyliyə nail olmalıdır”, - prezident seçkilərin nəticələrinə etiraz olaraq parlamentdəki yerlərdindən imtina edən siyasi partiyalara müraciət edərkən deyib. O, partiya təmsilçilərini ölkənin siyasi həyatında fəal rol oynamağa və müxalifəti  ölkənin maraqlarına daha çox anlayış göstərməyə çağırıb.  Zurabişvilinin sözlərinə görə, Abxaziya və Cənubi Osetiyanın işğalına son verilməsi, Gürcüstanın NATO və Avropa İttifaqına inteqrasiyası prioritet məsələlər olmalıdır.  “Əgər...
Seçilmiş Videolar