Dünya

Rusiya vətəndaşlarına AB ərazisində daşınmaz əmlak almaq qadağan ediləcək

5 May, 2022
82

açıq mənbədən götürülüb

Rusiyaya qarşı altıncı sanksiyalar paketi çərçivəsində Rusiya vətəndaşlarına AB ərazisində daşınmaz əmlak almaq qadağan ediləcək.

Məhdudiyyət həm fiziki, həm də hüquqi şəxsləri əhatə edəcək. Bu zaman qadağa AB ölkələrində və ya İsveçrədə vətəndaşlığı və ya yaşayış icazəsi olanlara şamil edilməyəcək.

Bu barədə "Blumberq" yazır.

Ukraynaya hücumdan sonra Rusiyaya qarşı tətbiq edilən altıncı sanksiyalar paketi haqqında Avropa komissiyasının rəhbəri Ursula var der Lyayen mayın 4-də məlumat verib.

Qadağalar başqa addımlarla yanaşı, Rusiya neftinin ixracına embarqonu və "Sberbank"ın SWIFT sistemindən kənarlaşdırılmasını nəzərdə tutur.

"Blumberq"in mənbələri xəbər verirlər ki, AB Avropa məhkəmələrinə və şirkətlərinə Rusiya neftinin dünya üzrə nəqli sahəsində, o cümlədən sığorta sahəsində xidmətlər göstərməyi qadağan etməyi təklif edəcək.

Bununla belə, "Röyter" agentliyinin mənbələri xəbər verirlər ki, Rusiya neftinə embarqo ilə bağlı konsensus hələ əldə olunmayıb. Çexiya və Slovakiya Rusiya xammalından imtinaya razı olduqlarını, amma bunun üçün onlara vaxt verilməsini istəyiblər. "Blumberq" Yunanıstan, Malta və Kiprin də embarqo zərurətinə şübhə ilə yanaşdığını qeyd edir.

Dünya

Türkmənistan qadınların xarici görünüşünə və davranışlarına nəzarəti gücləndirib

20 May 2022

AFP

Aprelin əvvəlindən Türkmənistan hakimiyyəti qadınların öz bədənlərinə nəzarət etmək hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Bu barədə BBC və “Azadlıq” radiosunun türkmən xidməti məlumat yayıb. Paytaxt Aşqabadda dövlət qurumlarının əməkdaşlarından “xarici cəlbediciliyi artırmaq üçün əlavə üsullardan çəkinmək” barədə yazılı vəd vermələri tələb olunur. Əvvəllər qadınlara qarşı analoji tələblər ölkənin digər bölgələrində də irəli sürülürdü. Hakimiyyətin təzyiqi ilə dövlət işçiləri kosmetikadan istifadə etməməyə, saçlarını boyamamağa, manikür etməməyə, cins şalvar və dar paltar geyinməməyə - bunun əvəzinə geniş ənənəvi paltar və baş örtüyü taxmağa məcburdurlar. İşdən çıxarılma təhlükəsi altında qadınlar tez bir zamanda saxta dırnaq və kirpiklərdən qurtulmalı, sarı saçlarını tünd rəngə boyamalıdırlar. Eyni...
Dünya

Türkmənistan qadınların xarici görünüşünə və davranışlarına nəzarəti gücləndirib

20 May 2022

Hans Birger Nilsen

Aprelin əvvəlindən Türkmənistan hakimiyyəti qadınların öz bədənlərinə nəzarət etmək hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Bu barədə BBC və “Azadlıq” radiosunun türkmən xidməti məlumat yayıb. Paytaxt Aşqabadda dövlət qurumlarının əməkdaşlarından “xarici cəlbediciliyi artırmaq üçün əlavə üsullardan çəkinmək” barədə yazılı vəd vermələri tələb olunur. Əvvəllər qadınlara qarşı analoji tələblər ölkənin digər bölgələrində də irəli sürülürdü. Hakimiyyətin təzyiqi ilə dövlət işçiləri kosmetikadan istifadə etməməyə, saçlarını boyamamağa, manikür etməməyə, cins şalvar və dar paltar geyinməməyə - bunun əvəzinə geniş ənənəvi paltar və baş örtüyü taxmağa məcburdurlar. İşdən çıxarılma təhlükəsi altında qadınlar tez bir zamanda saxta dırnaq və kirpiklərdən qurtulmalı, sarı saçlarını tünd rəngə boyamalıdırlar. Eyni...

Seçilmiş Videolar

Toplum TV loqo