Açıq mənbələrdən götürülüb
İlhaq edilmiş Xerson vilayətinin administrasiyası sakinlərə Ukrayna ordusunun mümkün hücumu ilə əlaqədar SMS mesajlar göndərərək şəhərdən çıxmalarını təklif edib.
Bu barədə "Meduzo.io"-nun məlumatında bildirilir.
“Hörmətli sakinlər! Ukrayna Silahlı Qüvvələri yaşayış məntəqələrini atəşə tutulacaq. Saat 7:00-dan Reçportdan Sol sahilə avtobuslar çıxır. Əlaqə: 88003019999”, - "RİA Novosti"-nin məlumatına görə, sakinlər bu məlumatı oktyabrın 19-da səhər tezdən alıblar.
Vilayətin qondarma administrasiyasının təmsilçisi Kirill Stremousov RİA Novosti-yə bildirib ki, Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində cəbhə xəttinə çox sayda qüvvə cəmləşdirib.
Stremousov iddia edir ki, Ukrayna ordusu “yaxın gələcəkdə” hücuma keçəcək və o, Xersonu və regionun sağ sahilini atəşə tuta bilər. “Biz şəhəri təslim etmək fikrində deyilik. Sona qədər mübarizə aparacağıq" - Stremousov deyib.
İlhaq edilmiş Xerson vilayətinin başçısı Volodimir Saldo oktyabrın 18-də bəyan edib ki, dörd bələdiyyənin sakinləri Dnepr çayının sol sahilinə “mütəşəkkil şəkildə köçürüləcək”. Bununla belə, Xerson bələdiyyəsi siyahıya daxil edilməyib. Saldonun sözlərinə görə, ümumilikdə onlar “təxminən 50-60 min insanı Dnepr çayının sol sahilinə və Rusiya Federasiyasının digər bölgələrinə köçürməyi” planlaşdırırlar.
Oktyabrın 13-də Vladimir Saldo Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən bölgə sakinlərinin təhsil və istirahət üçün Rusiyanın regionlarına köçürülməsinə köməklik göstərməsini də xahiş edib. Rusiya hökuməti ölkəyə daimi yaşayış üçün köçmək qərarına gələn Xerson vilayətinin sakinlərinə mənzil almaq üçün sertifikatlar verəcəyini vəd edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
PBS
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür