Dünya

Rusiya XİN: Litvaya qarşı cavabımız diplomatik olmayacaq

22 İyun, 2022
780

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Litvanın Kalininqrad vilayətinə tranzitin məhdudlaşdırılmasına qarşı cavab tədbirləri diplomatik deyil, praktiki müstəvidə olacaq.

"Hazırda idarələrarası formatda mümkün cavab tədbirləri hazırlanır", - Zaxarova bu gün, iyunun 22-də keçirdiyi brifinqdə deyib.

Zaxarova vurğulayıb ki, Avropa İttifaqı və Litvaya “atılan addımların dəyişdirilməsinin zəruriliyi bildirilib və bu baş verməsə, cavab tədbirləri tətbiq olunacaq”.

Bir gün əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev demişdi ki, Moskva “Qərb ölkələrinin tələbi ilə Litvanın öz ərazisindən tranzitlə Kalininqrad vilayətinə keçən malları blokadaya almasına tezliklə cavab verəcək. " "Rusiya şübhəsiz ki, bu cür düşmənçilik hərəkətlərinə cavab verəcək. İdarələrarası formatda müvafiq tədbirlər hazırlanır və yaxın vaxtlarda tətbiq ediləcək. Onların nəticələri Litva əhalisinə ciddi mənfi təsir göstərəcək", - Patruşev bildirib.

https://toplum.tv/dunya/rusiya-litvaya-xeberdarliq-etdi-aciq-dusmencilik-kimi-qiymetlendiririk

Xəbər verdiyimiz kimi, iyunun 18-dən Rusiyanın digər regionlarından Kalininqrad vilayətinə yüklərin dəmir yolu tranziti Litva hakimiyyəti tərəfindən sanksiyalar çərçivəsində əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Sanksiyaya məruz qalan çox sayda məhsul üçün tranzit qadağası tətbiq edilib.

İyunun 20-də Litvanın Rusiyadakı müvəqqəti işlər vəkili Virciniya Umbrasiene Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomatik nümayəndəliyin rəhbərinə etiraz edilib. Rusiya tərəfi məhdudiyyətlərin dərhal aradan qaldırılmasını tələb edib.

Litva, öz növbəsində, birtərəfli məhdudiyyətlər tətbiq etmədiyini bəyan edib, çünki belə bir qadağa Aİ-nin sanksiyalarında nəzərdə tutulub. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Rusiya donanmasına ikinci raket hücumu xəbərdarlığı edilib

Toplum TV
22 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Rusiyanın Qara dəniz donanmasının qərargahına ola biləcək ikinci raket hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edilib. Toplum TV APA-ya istinadən bildirir ki, xəbərdarlığı sentyabrın 22-si Sevastopol qubernatoru Mixail Razojayev bildirib. O, donanmanın qərargahına ikinci hücum təhlükəsinin ola biləcəyini xəbər verib. https://toplum.tv/dunya/pukraynada-kiccedilik-herfle-ldquorusiyardquo-yazilmasina-icaze-verilibp Bildirək ki, Ukrayna ordusu bu gün - 22 sentyabr Rusiyanın Qara dəniz donanmasının qərargahına raket zərbəsi endirib. Hücum nəticəsində, mərmilərdən biri Lunaçarski Teatrının yaxınlığına düşüb. Şəhər qubernatoru hadisə nəticəsində xəsarət alanların dəqiqləşdirildiyini qeyd edir.
Dünya

Ukraynada kiçik hərflə “Rusiya” yazılmasına icazə verilib

Toplum TV
22 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Ukraynada “Rusiya Federasiyası”, “Rusiya”, “Moskva””, “Rusiya İmperiyası”, “Rusiya Federasiyasının Dövlət Duması” və oxşarlar ifadələrin kiçik hərflərlə yazılmasına icazə verilib. Toplum Tv xəbər verir ki, bu haqda qərarı sentyabrın 22-si Ukraynanın Dövlət Dil Standartları üzrə Milli Komissiyası bəyan edib. Belə ki, rəsmi mətnlər və yazışmalar istisna olmaqla, digər hallarda “Rusiya”-nın kiçik hərflə yazılması dilinin normalarından kənara çıxma hesab edilməyəcək. https://toplum.tv/dunya/pbayden-ukraynaya-325-milyon-dollarliq-yeni-herbi-yardim-elan-edibp Komissiya bu qərarı Ukrayna baş nazirinin müavini İrina Vereşçukun sentyabrın 8-də bu mövzuda orfoqrafiyada rəsmi dəyişikliyə çağırmasından sonra verib. Bildirək ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra bir çox ukraynalı siyasətçilər, rəsmilər və jurnalistlər kiçik hərflə “Rusiya”, “Rusiya...

Seçilmiş Videolar

Toplum TV loqo