Reuters
“Vaşinqtonun arqumentlərindən asılı olmayaraq, Ukraynaya istənilən silah tədarükü Rusiya Federasiyası ilə ABŞ arasında birbaşa toqquşma riskini artırır”.
”RİA Novosti”nin məlumatına görə, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Nazir müavini qeyd edib ki, Birləşmiş Ştatlar uzun illər Ukrayna münaqişəsinin həlli üçün bir şey etməyə cəhd göstərməyib.
“Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan sonra isə vəziyyətə məsuliyyətli, sağlam yanaşmanın qalıqları da aradan qaldırıldı. İndi Vaşinqton Rusiyanı strateji məğlubiyyətə uğratmaq üçün hər şey etməyə çalışır”, - deyə, Ryabkob deyib.
Bundan əvvəl Ağ Ev bildirmişdi ki, ABŞ çərşənbə günü Ukraynaya yeni hərbi yardım paketini təqdim edəcək, bu paketə HİMARS raket sistemləri də daxildir. Eyni zamanda, ABŞ-ın Kiyevə verdiyi raket sistemlərinin Ukrayna ərazisindən kənardakı hədəfləri vura bilməyəcəyi qeyd edilib.
Açıq mənbələrdən götürülüb
ZDF
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?