Açıq mənbələrdən götürülüb
2022-ci ilin aprel ayında Rusiyada 1943-1944-cü ildən sonra ən az uşaq doğulub.
Bu məlumatı “Vyorstka.Media” nəşrinə müsahibəsində demoqraf Aleksey Rakşa səsləndirib. Əgər dinc dövrdən danışılsa, bu, XVIII əsrin sonlarından bəri ən aşağı göstəricidir.
Statistikaya koronavirus pandemiyası təsir göstərib. Rakşanın sözlərinə görə, Avropada da 2022-ci ilin yanvarından uşaq doğumu xeyli azalıb. Amma Rusiya statistikasının sonrakı pisləşməsi başqa səbəblərdən – gəlirlərin azalması və qeyri-müəyyənliyin artmasından – baş verə bilər.
Tədqiqatçının hesablamalarına görə, növbəti iki il ərzində Rusiyada doğum daha 10% azala və son 250 ildə ən aşağı göstəriciyə düşə bilər.
https://toplum.tv/dunya/stoltenberq-ukraynada-muharibe-illerle-sure-biler
Aleksey Rakşa Ukrayna müharibəsinin ölüm statistikasına təsir etmədiyini düşünür: “Müharibə yalnız ölkənin öz ərazisində total şəkildə getdiyi zaman demoqrafik göstəricilərə ciddi təsir edir”.
Demoqrafın təxmini hesablamalarına görə, son aylar ərzində ölkədən çıxan 3 milyon 900 min rusiyalının 15 faizi ölkəyə qayıtmayıb.
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir