Dünya

Rusiyada LGBT təbliğatı qadağan edildi

24 Noyabr, 2022
411

Açıq mənbələrdən götürülüb

LGBT

Rusiya Dövlət Duması LGBT təbliğatının tam qadağan edilməsi ilə bağlı qanun layihəsini qəbul edib.

Toplum TV "Lenta.ru"-ya istinadən xəbər verir ki, deputatlar LGBT təbliğatının tam qadağan edilməsi və buna görə məsuliyyətin tətbiqi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul ediblər. 

Parlamentin aşağı palatasının spikeri Vyaçeslav Volodin bildirib ki, qeyri-ənənəvi cinsi münasibətlərin hər hansı təbliğatından əlavə, pedofiliyanın təbliğinə və cinsiyyətin dəyişdirilməsinə də qadağa qoyulub. Qərara əsasən, qanunu pozanlar 10 milyon rubl (28 min manat) məbləğində cərimə olunacaqlar. 

https://toplum.tv/dunya/avropa-parlamenti-rusiyani-terrorizme-sponsorluq-eden-dovlet-kimi-tanidi

“Qərar bizim uşaqlarımızı, ölkənin gələcəyini ABŞ və Avropa dövlətlərinin yaydığı qaranlıqdan qoruyacaq. Bizim öz adət-ənənələrimiz, dəyərlərimiz var”, - deyə deputat yazıb.

Bundan əvvəl Dövlət Duması qeyri-ənənəvi cinsi münasibətlərin, pedofiliyanın və cinsi dəyişmək istəyi yarada biləcək məlumatların təbliğatını qadağan edən qanun layihəsini də ikinci oxunuşda qəbul edib. Sənədə əsasən, qeyri-ənənəvi münasibətlərin, pedofiliyanın təbliğatına qadağa, həmçinin LGBT-lər haqqında məlumatların KİV-də, internetdə, reklamda, ədəbiyyatda və kinoda yayılmasına məhdudiyyət qoyulub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

23 Fevral 2024

Rəsmi səhifə

Ağ Ev Ukraynadakı müharibə və Aleksey Navalnının ölümü ilə bağlı Rusiyaya qarşı 500 yeni sanksiyanın tətbiq edildiyini açıqlayıb. Toplum Tv xəbər verir ki, bu barədə Ağ Evin fevralın 13-də yaydığı press-relizdə bildirilir.  Məhdudiyyətlər Rusiyanın maliyyə sektorunu, hərbi-sənaye kompleksini, satınalma şəbəkəsinin iştirakçılarını, sanksiyalardan yayınanları və Aleksey Navalnının həbsinə cavabdeh olanları hədəf alacaq. Bundan əlavə, qeyd olunub ki, “Rusiya hərbi maşını”nı dəstəkləyən 100-ə yaxın təşkilata yeni ixrac məhdudiyyətləri tətbiq ediləcək. Bəyanatda deyilir ki, Ağ Ev Moskvanın enerji gəlirlərini daha da azaltmaq üçün tədbirlər görür. Sanksiyalardan danışan Prezident Co Bayden Rusiya Prezidenti Vladimir Putinin xaricdəki aqressiya və daxildə repressiyalara görə böyük əvəz ödəyəcəyini...
Dünya

Kreml: Yerevandan KTMT-də iştirakını dondurulmasıyla bağlı bildiriş gəlməyib

23 Fevral 2024

Kreml.ru

"Yerevan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyün dondurulması ilə bağlı rəsmi bildiriş göndərməyib". Toplum TV xəbər verir ki, bunu fevralın 23-də Kremlin mətbuat katibi Dmitri Peskov “Zvezda” telekanalına açıqlamasında bildirib: “Ermənistan tərəfi bununla bağlı heç bir rəsmi addım atmayıb. Biz həmkarlarımızla əlaqə saxlamaq və bu bəyanatların mənasını aydınlaşdırmaq niyyətindəyik”. https://toplum.tv/dunya/permenistan-ktmt-de-istirakini-dondurubp Peskov qeyd edib ki, burda detalları başa düşmək çox vacibdir: "Ümid edək ki, erməni dostlarımız bizə hər şeyi izah edəcəklər". Onun sözlərinə görə, Prezident Vladimi Putin də hələ Ermənistanın Baş naziri Nikol Paşinyanla məsələ barəsində danışmayıb, hələlik belə təmaslar planlaşdırılmır. Qeyd edək ki, Nikol Paşinyan fevralın 22-də “France 24” telekanalına...

Seçilmiş Videolar

Toplum TV loqo