Açıq mənbələrdən götürülüb
Rusiya
Rusların 55%-i Ukrayna ilə sülh danışıqlarına tərəfdardır, yalnız 25%-i müharibənin davam etdirilməsini istəyir.
Toplum TV-nin xəbərinə görə, Rusiya hökuməti cəbhədəki daimi məğlubiyyətlər və səfərbərlik fonunda müharibəyə ictimai dəstəyin azaldığını görür. Belə ki, "Meduza.io" Federal Mühafizə Xidmətinin (FMX) keçirdiyi son qapalı rəy sorğusunun nəticələrini əldə edib (belə sorğular Kremlin sifarişi ilə aparılır və yalnız daxili istifadə üçündür). Bu məlumatlara görə, hazırda rusların təxminən 55%-i Ukrayna ilə sülh danışıqlarının, 25%-i isə müharibənin davam etdirilməsinin tərəfdarıdır.
https://toplum.tv/dunya/zelenski-ukraynanin-berpasi-ucun-1-trilyon-dollardan-cox-vesait-lazimdir
Cari rəqəmlər Rusiyanın yeganə böyük müstəqil sosioloji mərkəzi olan "Levada" Mərkəzinin oktyabrda keçirdiyi sorğunun nəticələri ilə üst-üstə düşür. "Levada"-nın hesabatında respondentlərin 57%-i sülh danışıqlarının, 27%-i isə hərbi əməliyyatların davam etdirilməsinə tərəfdar idi.
Eyni zamanda, FMX-nin qapalı rəy sorğularına əsasən, son dövrlərdə rusların müharibəyə münasibəti kəskin şəkildə pisləşib. Hələ 2022-ci ilin iyulunda keçirilən sorğular rusların yalnız 30%-nin Ukrayna ilə sülhə tərəfdar olduğunu göstərmişdi.
Prezident Administrasiyasına (AP) yaxın iki mənbə "Meduza"-ya bildirib ki, bu səbəbdən Rusiya hökuməti əhalinin müharibəyə münasibəti ilə bağlı açıq sorğuların sayını məhdudlaşdırmağı planlaşdırır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Forbes
Açıq mənbələrdən götürülüb