Rusiyada müharibəyə qarşı aksiyalara çıxanlara çağırış vəsiqələri verilir
Sosial Media
Rusiyada sentyabrın 21-də keçirilən səfərbərliyə qarşı mitinqdə saxlanılan bəzi şəxslərə polis idarələrində hərbi komissarlığa çağırış vərəqələri təqdim edilib.
"Radio Svoboda"-nın məlumatına görə, bu barədə “OVD-İnfo” hüquq müdafiə layihəsinə məhbuslar məlumat veriblər.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, saxlanılanlardan ən azı biri çağırış vərəqəsini imzalamaqdan imtina etdiyinə görə cinayət işi ilə hədələnib.
https://toplum.tv/dunya/dmitri-medvedev-nuve-silahiyla-tehdid-edib
“Rusiyada səfərbərliyə qarşı razılaşdırılmamış aksiyalarda saxlanılan vətəndaşlara çağırış vərəqələrinin verilməsi qanuna zidd deyil. Bu səbəbdən də, burada sözügedən şəxslərin hüquqlarının pozulmasına yol verilməyib”.
Bunu isə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Ötən gün Vladimir Putinin elan etdiyi səfərbərliyə qarşı Rusiyanın 38 şəhərində keçirilən etiraz aksiyalarında 1400-dən çox insan saxlanılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Yaxın Şərqdə müharibə: ABŞ atəşkəs başa çatdıqdan sonra İsrail üçün qırmızı xətlər çəkib
Açıq mənbələrdən götürülüb
Reuters
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?