Açıq mənbələrdən götürülüb
İlya Yaşin ordu haqqında "saxta" məlumat yaymaqda ittiham edilir.
Moskva bələdiyyə dairəsi Krasnoselskinin deputatı İlya Yaşinə Rusiya ordusu haqqında "saxta" məlumat yaymaq ittihamı ilə (Cinayət Məcəlləsinin 207.3 maddəsi) cinayət işi açılıb. Bu barədə onun vəkili Vadim Proxorov məlumat verib.
"OVD-İnfo" xəbər verir ki, cinayət işində beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. İşin başlanmasına siyasətçinin "YouTube"-da Buçadakı qətllər barədə danışması səbəb olub.
Proxorov Yaşinin evində axtarış aparıldığını bildirib.
İlya Yaşin Ukraynanın işğalından sonra Rusiyada qalan azsaylı müxalif siyasətçilərdən biridir. O, dəfələrlə müharibə əleyhinə çıxışlar edib.
May ayında Yaşinə qarşı rus ordusunu “gözdən salmaq” inzibati maddəsi ilə dörd protokol tərtib edilmişdi. Onlar üçün ümumi cərimə 90 min rubl təşkil edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür