Dünya

Rusiyada müxalif nəşrin baş redaktoruna cinayət işi açıldı

28 İyul, 2021
108

Sosial Media

Rusiyada "The Insider" nəşrinin baş redaktoru Roman Dobroxotov holland jurnalist Maks van der Verffə böhtan atmaqda ittiham olunur. 

Bu barədə iyulun 28-də "RİA Novosti" məlumat yayıb. 

Bu gün səhər Dobroxotov sosial media hesabında yazıb ki, polis onun mənzilində axtarış aparmağa gəlib. O, dalbadal üç məlumat paylaşıb. “Görünür, axtarış aparılacaq. Polis qapını döyür. Vəkil pis olmazdı”, - yazıb. Bundan sonra isə onunla əlaqə kəsilib.

İyunun 23-də Rusiya Ədliyyə nazirliyi "The Insider" nəşrini xarici agent KİV siyahısına daxil edib. Xarici agent funksiyasını yerinə yetirən xarici kütləvi informasiya vasitələri reyestrinə "The İnsider SIA" hüquqi şəxsi əlavə olunub. Nazirlikdən bildiriblər ki, həmin hüquqi şəxs "The Insider" domeninin administratorudur. 

Nəşrin beş jurnalisti də  -  Mixail Rubin, Sofya Qrosman, İlya Rojdestvenski, Yuliya Apuxtina və Aleksey Pasternak - xarici agent siyahısına salınanlar arasındadır. 

Dünya

ABŞ, Avstraliya, Yaponiya və Hindistan yeni ittifaq yaradıb

25 Sentyabr 2021

Rəsmi səhifə

ABŞ, Avstraliya, Yaponiya və Hindistan “Dördlük” (“Quad”) yaradılması barədə razılıq əldə edib. “Report” “Haberturk”ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Skot Morrison bildirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden, Hindistanın Baş naziri Narendra Modi, Yaponiyanın Baş naziri Suğa Yosihide və özü arasında Hind-Sakit okeanı bölgəsində “Çini sabitləşdirmək üçün” “Dördlük” (“Quad”) adlı formatı qəbul edənlərin Vaşinqtonda ilk görüşü keçirilib: “Dördlük” Çin, yaxud hər hansı bir ölkə üçün ortaqlıqdır. Bu, Hind-Sakit okean regionundakı xalqların rifahını yüksəltmək üçün müsbət təşəbbüsdür”. Ağ Evin Şərq Otağında bir araya gələn 4 lider koronavirusa qarşı mübarizə, yeni texnologiyalar, regional infrastruktur, təmiz enerji, iqlim dəyişikliyi, habelə regional...
Dünya

Tramp seçici bəyənməsinə görə Baydeni üstələyib

24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp sentyabrın nəticələrinə əsasən indiki Prezident Co Baydeni seçicilərin bəyənməsində qabaqlayır.  Bu barədə "The Hill" nəşri Harvard Mərkəzinin sorğu nəticələrinə istinadən xəbər verir. Sorğu nəticələrinə görə, Birləşmiş Ştatların keçmiş prezidentini seçicilərin 48 faizi, indikini isə 46 faizi dəstəkləyir. Respondentlərin 51 faizi Trampın Baydendən yaxşı prezident olduğunu düşünürlər.  "The Hill" qeyd edir ki, indiki prezidentin reytinqi koronavirus yoluxmalarının artması və Amerika qoşunlarının Əfqanıstandan çıxarılması fonunda azalır. İyulda Baydenin reytinqi 52% təşkil edirdi, bu da bir ay əvvəl ilə müqayisədə 10% az idi. Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsi ilə Baydenin reytinqi 46 faizə düşüb.  Avqustun 13-də keçirilən analoji sorğuda...
Seçilmiş Videolar