BBC
Mayın 4-də Rusiya Dövlət Dumasının deputatlarının müzakirəsinə təqdim edilən qanun layihəsi “məhkəmə tərəfindən ekstremist və ya terrorçu təşkilat kimi tanınan ictimai və ya dini birliklərin, eləcə də başqa təşkilatların fəaliyyətinə aidiyyatı olan” şəxslərin parlament seçkilərində iştirakının qadağan edilməsini nəzərdə tutur.
Bu barədə "Radio Svoboda" məlumat verib.
Sənəddə göstərilir ki, qadağa sözgedən təşkilatların az qala bütün üzvlərinə – məhkəmənin həmin təşkilatı qadağan və ya ləğv etmək barədə hökmünə üç və ya bir il qalmışa qədər orada işləyən təsisçidən tutmuş sıravi işçiyə qədər – şamil olunacaq.
Qanunun əvvəlki illərə şamil olunmasıyla məhkəmə tərəfindən ekstremist təşkilat kimi tanınması məsələsinə indilərdə baxılan Korrupsiya ilə Mübarizə Fondunun ianəçiləri, ya da qadağan olunmuş Nasional-bolşevik partiyasının fəalları və tərəfdarları hədəfə çevrilə bilərlər.
Qanun layihəsinə görə, məhkəmənin təşkilatı qadağan və ya ləğv etməsi haqqında qərarı qüvvəyə mindikdən sonra sözgedən təşkilatların rəhbərləri beş il müddətində, əməkdaşları isə üç il müddətində deputat seçilə bilməzlər.
Deputatlar qadağanın “belə təşkilatların fəaliyyəti ilə əlaqəli olan başqa şəxslərə” şamil olunmasını da təklif ediblər. Təklifə əsasən, təşkilatın qadağan olunmasından bir il əvvələ qədər ona maliyyə, əmlak, və digər yardım göstərənlər də üç il müddətində namizəd ola bilməzlər.
Aleksey Navalnının silahdaşı Leonid Volkov hesab edir ki, qanun layihəsi məxsusən müxalifət liderinin komandasına və onu dəstəkləyənlərə qarşı hazırlanıb. Onun qiymətləndirməsinə görə, qadağa Navalnı komandasına ianələr edən 200 mindən çox adama şamil oluna bilər.
“Son bir il ərzində bizə heç olmasa bir qəpik vermisənsə, Navalnının qərargahında son üç ildə koordinator işləmisənsə - sənə Dumaya namizəd olmaq qadağandır. Bu yüzminlərlə adamın hüquqlarının pozulmasıdır, əsl faşizmdir”, - Leonid Volkov qanun layihəsini belə qiymətləndirib.
kremin.ru
Getty Images
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”