BBC
Rusiyalı müxalif siyasətçi Aleksey Navalnının yaxın adamlarından sayılan Leonid Volkov bildirib ki, siyasətçinin regional ofislərinin fəaliyyəti dayandırılır.
Bu barədə o, aprelin 29-da özünün "Teleqram-kanalı"nda məlumat verib.
Volkov müraciətində bildirib ki, Navalnının qərargah şəbələrinin fəaliyyətini "hazırkı formada saxlamaq mümkünsüzdür".
"Yoxsa onlar dərhal ekstremizm maddəsinə tuş gələcəklər, həmçinin qərargahlarda işləyənlər, onlarla əməkdaşlıq edənlər, yardım göstərənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar", - Volkov deyib.
Bununla belə, o qeyd edib ki, siyasətçinin qərargahları fəaliyyət göstərməsələr də əvəzində "regionlarda onlarla güclü və qabiliyyətli siyasətçilər" və "minlərlə tərəfdaşlar", "ictimai kampaniyalar, mitinqlər, seçkilərlə bağlı tədqiqatlar aparmaq iqtidarında olan güclü və müstəqil siyasi təşkilatlar var".
Aprelin 26-da Moskva prokuraturası Aleksey Navalnının qərargahlarının ekstremist təşkilatlar hesab olunması barədə məsələ qaldırıb.
Aprelin 27-də Moskva məhkəsi siyasətçinin Korrupsiya ilə Mübarizə Fondunun fəaliyyətini məhdudlaşdırıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər