Rusiya prezidenti Vladimir Putin hər il olduğu kimi bu il də aprelin 21-də Federal Məclisə müraciət ünvanlayıb. O prezidentliyi dövründə 17-ci dəfə bu müraciəti edib. Həmin gün həbsdə olan müxalif siyasətçi Aleksey Navalnının tərəfdarları isə ölkə miqyasında kütləvi etiraz aksiyalarına çıxıblar. Vladimirsk vilayətində həbs həyatı yaşayan Navalnı artıq iki həftədir ki, aclıq aksiyası keçirir. Həkimlərin verdiyi məlumata görə, onun sağlamlığı getdikcə pisləşir.
"Radio Svoboda" xəbər verib ki, hələ aksiyalar başlanmazdan əvvəl Aleksey Navalnının təsis etdiyi Anti-korrupsiyas Fondunun üzvləri hüquq mühafizə orqanları tərəfindən saxlanılıblar.
Həmçinin bəzi jurnalistlərin də saxlandığı qeyd olunub.
"OVD İnfo"nun məlumatına görə, Rusiya miqyasındakı 96 şəhərdə ümumən 1770 nəfər saxlanılıb.
Həbslər ən çox Sankt-Peterburq şəhərində qeydə alınıb - 805 nəfər. İkinci yerdə Ufa şəhəridir, orada 119 nəfər saxlanılıb. Moskvada isə 29 aksiyaçının saxlandığı bildirilib.
Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, etiraz aksiyalarında 6 min nəfər iştirak edib. Navalnını qərargahı 50-60 min iştirakçı sayıb. "Açıq Media" resursu 25 min rəqəmini, "Exo Moskvı" isə 10-15 min rəqəmini irəli sürüb.
Aksiyaçıların əsas tələbi aclıq aksiyası keçirən Navalnının yanına müstəqil həkimin buraxılması olub. Siyasətçinin lehinə və Vladimir Putinin əleyhinə şüarlar da səsləndirilib.
Navalnlya dəstək üçün London, Paris, Roma, Varşava və digər şəhərlərdə də aksiyaların keçirildiyi bildirilib.
Gazprom.ru
AFP
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?