Sosial Media
Bazar ertəsi axşam saatlarında Krasnodar vilayətinin Yeysk şəhərində "Su-34" hərbi təyyarəsinin yaşayış massivində qəzaya uğraması nəticəsində ölənlərin sayı 13-ə çatıb, 19 nəfər yaralanıb.
Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, ölənlərdən 3-ü uşaqdır.
Baş verən yanğın zamanı binanın yuxarı mərtəbələrindən nərdivanların köməyi ilə 68 nəfər xilas edilib, 360 nəfər təxliyə edilib.
https://toplum.tv/dunya/sorgu-ruslarin-78-i-ukrayna-erazilerinin-ilhaqini-destekleyir
Bildirilir ki, 11 zərərçəkən Yeyskdəki xəstəxanaya yerləşdirilib. İki uşaq da daxil olmaqla daha dörd nəfər süni nəfəs aparatına qoşulub, vəziyyətləri ağır olduğundan onlar Krasnodara aparılıb.
Rusiya Müdafiə Nazirliyi qəzanı təsdiqləyib. Qurumun açıqlamasında bildirilir ki, "Su-34" təlim uçuşu zamanı qəzaya uğrayıb. Katapult edən pilotların verdiyi məlumata görə, qəzaya səbəb uçuş zamanı mühərriklərdən birinin alışması olub.
Hadisə şahidlərinin sözlərinə görə, yanğın yaşayış binasının 9 mərtəbəsini əhatə edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Forbes
Açıq mənbələrdən götürülüb