Dünya

Rusiyada “Youtube” bağlana bilər

29 Sentyabr, 2021
219

The Times

Rusiyanın “Russia Today” (RT) media orqanının baş redaktoru Marqarita Simonyan “Google”-un RT-nin iki telekanalını bağlaması barədə qərarını şərh edərkən deyib ki, bu, əsl media müharibəsidir. 

Simonyanın "RIA Novosti"-yə açıqlamasına görə,, “Youtube” RT-nin iki alman kanalını (RT DE və DFP) bərpası mümkün olmadan silib.

“Yotube” isə bu addımı “servisdən istifadə şərtlərinin pozulması” ilə əlaqələndirib. "Google-un mətbuat xidmətindən bildiriblər ki, RT DE telekanalı COVID-19 pandemiyası haqqında yalan məlumatlar paylaşıb. 

Bəzi ekspertlər tərəfindən Vladimir Putin hökumətinin təbliğat ruporu hesab edilən Rusiya mətbu orqanları ətrafında vəziyyət ilbəil mürəkkəbləşir. Avropa parlamentinin 2016-cı ilin noyabrında qəbul etdiyi qətnamədə mətbu orqanınla mübarizə zərurətindən bəhs edilmiş, bu zaman əsas təhlükə kimi "Russia Today" və "Sputnik" göstərilmişdi. O dövrdə Putin bu sənədi demokratiyanın deqredasiyası kimi qiymətləndirmişdi.

Rusiyada mətbuat və KİV-ə cavabdeh rəsmi "Roskomnadzor" qurumu "Google" şirkətinə müraciətində RT kanallarını bərpa etməyi tələb edib. Bildirilir ki, əgər bu baş verməsə, “Youtube” Rusiya ərazisində bloklana bilər: “Əgər resurs sahibləri "Roslomnadzor"un xəbərdarlığına əməl etməsələr, qanunvericiliyə uyğun olaraq həmin resursa giriş tamamilə, ya da qismən məhdudlaşdırılacaq”.

XİN sözçüsü Mariya Zaxarova bildirib ki, nazirlik ən yaxın vaxtda vəziyyətə münasibət bildirəcək. O eyham vurub ki, nazirliyin cavabı hamının, xüsusən də alman jurnalistlərin xoşuna gələcək.

Dünya

Avropa Birliyi Belarusa qarşı sanksiyaları təsdiq etdi

2 Dekabr 2021

Rəsmi səhifə

Avropa Birliyinə üzv-ölkələrin daimi nümayəndələri komitəsinin (COREPER) iclasında Lukaşenko rejiminə qarşı sanksiyaların beşinci paketi razılaşdırılıb. Bu barədə "RİA Novosti" xəbər verir.  Qərara əsasən, yeni məhdudiyyətlər imzalanandan və ictimailəşəndən sonra qüvvəyə minəcək. Sanksiyaların AB-nin rəsmi jurnalında bu gün, dekabrın 2-də dərc olunacağı gözlənilir. Yeni sanksiya siyahısına Belarusun 17 rəsmi şəxsi və 11 təşkilatı daxil edilib. Daha əvvəl məlum olmuşdu ki, yeni sanksiyalar AB sərhədlərində miqrasiya böhranını təşkil edən və ya ona yardım edən fiziki və hüquqi şəxslərə, dövlət orqanlarına tətbiq ediləcək. Artıq məlumdur ki, Dövlət Sərhəd Xidmətinin sədri Anatoli Lapko, Qrodno sərhəd dəstəsinin rəisi Konstantin Molostov, DİN-in rəsmi nümayəndəsi Anatoli Qlaz...
Dünya

Belarusda növbədənkənar prezident seçkiləri keçirilə bilər

2 Dekabr 2021

Spiegel

Belarus prezidenti Aleksandr Lukaşenko Belarusun yeni konstitusiyasının qəbulundan sonra növbədənkənar prezident seçkiləri ehtimalını dəyərləndirib.  O, bu barədə “RİA Novosti”yə müsahibəsində danışıb. Lukaşenko bildirib ki, Belarus konstitusiyasına dəyişikliklər haqqında referendumdan sonra parlament və Ümumbelarus məclisinə yeni seçkilər keçiriləcək. Bu zaman o, növbədənkənar prezident seçkilərinin keçiriləcəyini də istisna etməyib. Dövlət başçısı deyib ki, seçkilər əgər “prezident qərar verərsə”, ya da əsas qanununun keçici müddəalarında Belarus prezidentinin seçilməsi üçün başqa müddətlər göstərilərsə, keçirilə bilər. Lukaşenko yeni konstitusiyanın qəbulunun əhəmiyyətini daha əvvəl izah edib. O, bildirib ki, dəyişikliklərin mahiyyəti səlahiyyətlərin bölüşdürülməsi və yeni hakimiyyət strukturunun yaradılmasıdır. Dəyişikliklər qəbul edilərsə, parlament və hökumətin rolu artacaq,...
Seçilmiş Videolar