Dünya

Rusiyalı iş adamları narazıdır: “İnsanlar gələcəklərinin olmadığını görürlər”

17 Oktyabr, 2022
529

Açıq mənbələrdən götürülüb

Rusiya ordusunun Ukraynaya endirdiyi kütləvi raket zərbələrinin fonunda rus məmurlarının və biznes nümayəndələrinin bir qismi pərişan və məyusdur. Onlar ölkədəki iqtisadi və siyasi vəziyyətin pisləşəcəyini gözləyirlər. “Rusiya elitası”nın yüksək  vəzifəli nümayəndələri anonimliklərini qorumaq şərti ilə “Vaşinqton Post”a danışıblar.

Toplum TV materialı azərbaycan dilində oxucularına təqdim edir:

Prezident Vladimir Putinin göstərişi ilə Ukraynada başlayan və Rusiya ordusunun uğursuzluqlarından doğan tənqidin susdurulmasına yönələn yeni gərginliyin effekti müvəqqəti olacaq. Bunu “Vaşinqton Post”a müsahibəsində bir neçə məmur və sahibkar bildirib.

“Döyüş meydanında başqa problemlər də var. Düşünmürəm ki, bu (Ukraynanın kritik infrastrukturuna zərbələr) təzyiqin ağırlığını ortadan qaldıracaq” – nüfuzlu Moskva biznesmenlərindən biri deyib.

“Vaşinqton Post”un həmsöhbətlərinin sözlərinə görə, hətta əgər zərbələrlə Ukraynanın enerji sisteminə zərər vurmaq mümkün olarsa və hərbi əməliyyatlar qışa qədər davam edərsə, əməliyyatı davam etdirmək üçün Rusiyanın raketləri çatışmaya bilər. Məmurlardan biri deyib ki, raketlər istehsal olunur, amma yeni raketlərin tək-tükündən söhbət gedə bilər, halbuki ehtiyatlar tükənmək üzrədir.

https://toplum.tv/dunya/putin-heqiqeten-nuve-silahindan-istifade-ede-bilermi

“Status-kvo heç kimə sərf etmir. Aydındır ki, hərbi və ya siyasi qələbə mümkün deyil. Ancaq məğlubiyyət də qeyri-mümkündür. Bu, şahmatdakı suqsvanqı xatırladır – hər hansı gediş vəziyyəti daha da pisləşdirir, amma bir şey etmək də olmur”, - qəzetə həmsöhbət olan məmurlardan biri deyib.

Hakimiyyətdəki digər mənbənin sözlərinə görə, çoxlarının Rusiyanın çıxış yolu tapacağına və vəziyyəti öz xeyrinə dəyişəcəyinə inandıqları yaydakı optimizmdən əsər-əlamət qalmayıb. “İnsanlar gələcəklərinin olmadığını görürlər”, - əlavə edib.

Məcburi səfərbərlik Putinin populyarlığını artıq zədələyib, bu populyarlıq isə onun prezident postunda legitimliyinin əsas dayaqlarından biri idi, moskvalı biznesmen deyir. Onun fikrincə, cəbhədən səfərbər olunanların cəsədləri gəlməyə başlayanda vəziyyət daha da pis olacaq: “Bir neçə aydan sonra Rusiyada çox neqativ meyl yaranacaq: cəmiyyətdə əhval-ruhiyyənin pisləşməsi. Hər şey cəbhədən asılıdır”, - sahibkar deyib.

“Putinin mümkün davranış imkanları çox məhduddur. Mülki infrastruktura zərbələr endirməkdən savayı yalnız taktiki nüvə silahı işlədə bilər. Əgər Ukrayna əks-hücumu davam edərsə, nə etməli sualı yenidən Putinin qarşısında duracaq”, - Rusiyanın maliyyə nazirinin keçmiş müavini, hazırda ABŞ-da yaşayan Sergey Aleksaşenko söyləyir.

Moskvalı bisnesmen isə deyir ki, Kremlin hədələrinə baxmayaraq, Putinin Ukraynada nüvə silahı işlədəcəyinə inananlar azdır. O, hesab edir ki, belə olduqda Putinin əlində kart qalmayacaq, Çin isə bu cür eskalasiyanı bloklaya bilər: “Belə Pandora yeşiyinin açılmasını [çinlilər] istəməzlər”.

Biznesmenin fikrincə, heft hasilatının azaldılması barədə təşəbbüsə Səudiyyə Ərəbistanından gələn dəstək Rusiya prezidentində inam yaradıb ki, Avropanın başı daxili böhrana qarışacaq və Ukrayna yadına düşməyəcək. “Bu, hələ də tükətmə müharibəsidir, tərəflərdən birinin davam etdirməyə imkanı qalmayana qədər çəkəcək”, - “Vaşinqton Post”un həmsöhbəti deyib.

İqtisadçılar və biznes nümayəndələri deyirlər ki, sanksiyalar Rusiya iqtisadiyyatına getdikcə daha çox zərər vurmağa başlayır, “Böyük yeddiliyin” RF-dan alınan neftin qiymətinə dekabrda tətbiq etməyə hazırlaşdığı məhdudiyyət yeni zərbə olacaq. İqtisadçı, Paris Sciences Po institutunun prorektoru Sergey Quriyev qeyd edir ki, Putinə müharibəni davam etdirmək üçün pul lazımdır: “Aldığı silahlara görə İrana və Şimali Koreyaya ödəmək üçün ona pul lazımdır. Dekabrda isə biz yeni reallıq görəcəyik”.

Moskva biznesinin daha bir nümayəndəsi qəzetə deyib ki, sanksiyaların sərtləşəcəyini gözləyən zaman cəbhədən gələn hər xəbər Rusiya iqtisadiyyatı üçün zərbəyə çevrilir: “Baş verənlərdən bütün biznes ziyan görür. Hamı özünün investisiya planlarını dondurub”.

https://toplum.tv/sosial/rusiyani-terk-eden-vetendaslar-rusiya-veten-o-nedir-evvelceden-cixmaq-lazimiydi

Daha iki rusiyalı biznesmen deyir ki, Rusiyanın ticarət axınını Qərbdən Çinə, Qazaxıstana və Hindistana yönəldə biləcəyinə əvvəlki inam sürətlə yoxa çıxıb. Qazaxıstan Avropa məhsulları olan yüklərin Rusiyaya gedişinin qarşısını alıb, Çin isə bəzi tədarükləri dayandırıb. “Hamı tam frustrasiyadadır. Əhval-ruhiyyə bərbaddır”, - başqa bir iri biznesmen söyləyib.

“Vaşinqton Post” qeyd edir ki, Moskva elitasının nümayəndələri Putinin 30 ildən artıq davam edən hakimiyyəti dövründə heç zaman olmadığı qədər ölkə rəhbərliyinin mümkün dəyişikliyindən danışmağa başlayıblar. Hərçənd, onlardan heç biri bunun necə və nə vaxt baş verə biləcəyini söyləyə bilmir.

Məmurlardan biri qəzetə bunları söyləyib: “Biz inqilabi situasiyaya daxil olmağa başlamışıq. Hamı bir şeylərin dəyişəcəyini gözləyir – hakimiyyətin, ya da müharibənin. “Qırğılar” daha sərt hərəkətlər istəyirlər, “göyərçinlər” ümumiyyətlə müharibə istəmirlər. Siyasi sistemin dəyişməsi məqamı yetişir. Amma bunun necə baş verəcəyini mən bilmirəm”. 

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Dmitri Medvedev Böyük Britaniyanı təhdid edib

31 May 2023

Açıq mənbələrdən götürülüb

"Böyük Britaniya Moskvanın “əbədi düşməni”dir, Ukraynada müharibəyə şərait yaradan istənilən Britaniya rəsmisi qanuni hərbi hədəf hesab edilə bilər". Toplum TV "Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev açıqlama verib.  O, Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin Ukraynanın öz sərhədlərindən kənarda güc göstərmək hüququna malik olması ilə bağlı sözlərindən qəzəblənib. Sabiq prezident deyib ki, Britaniyanın “ağılsız məmurları” bunun “müharibə iştirakçısı” olmaq mənasına gələcəyini dərk etməlidirlər. https://toplum.tv/dunya/pag-ev-rusiya-daxiline-huumlcumlari-desteklemirp     "Böyük Britaniya Ukraynanın müttəfiqi kimi ona texnika və mütəxəssislər şəklində hərbi yardım göstərir, o, faktiki olaraq Rusiyaya qarşı elan olunmamış müharibə aparır", - Medvedev "Tvitter"...
Dünya

Ağ Ev Rusiya daxilinə hücumları dəstəkləmir

Toplum TV
31 May 2023

Açıq mənbələrdən götürülüb

Ağ Ev çərşənbə axşamı Moskvaya edilən kütləvi dron hücumu ilə bağlı hələ də məlumat topladığını, amma Rusiya daxilinə edilən hücumları dəstəkləyə bilməyəcəyini bildirib. Toplum TV xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer gündəlik brifinq zamanı bildirib. Vaşinqton Ukraynaya əsas silah tədarükçüsüdür - bir şərtlə ki, ölkə ondan özünü müdafiə etmək və Rusiya qüvvələri tərəfindən işğal olunmuş Ukrayna ərazilərini geri almaq üçün istifadə etsin. ABŞ rəsmiləri dəfələrlə bildiriblər ki, Ukrayna Rusiya ərazisinə hücumlar üçün Amerikanın verdiyi heç bir silahdan istifadə etməməyə razılaşıb. https://toplum.tv/dunya/pmoskvaya-dron-huumlcumu-rusiya-ukraynani-ittiham-edirp ABŞ rəsmilərinin mayın 31-də AP xəbər agentliyinə verdiyi açıqlamaya görə, bu həftə Ukraynaya yeni...

Seçilmiş Videolar

Toplum TV loqo