Dünya

Rusiyalı nazir təlimdə iştirak edərkən həyatını itirdi

8 Sentyabr, 2021
143

Rəsmi səhifə

Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçev həlak olub.

TASS-ın məlumatına görə, Y. Ziniçev bir nəfərin xidməti vəzifəsini icra edərkən təlim zamanı ölüb

“Yevgeni Ziniçev Norilskdə keçirilən qurumlararası təlimlərdə bir nəfərin həyatını xilas edərkən faciəli şəkildə həlak olub”, - deyə Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında qeyd olunub.

Y. Ziniçev 1966-cı ildə Leninqradda (indiki Sankt-Peterburq) anadan olub. 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunub.

O həmçinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvü idi.

Dünya

ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyalar tələb edir

23 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

ABŞ-ın Nümayəndələr palatasının reqlament üzrə komitəsi növbəti maliyyə ili üçün (oktyabrın 1-dən başlayır) müdafiə büdcəsinə dəyişiklikləri dəstəkləyib.  RBK xəbər verir ki, konqresmen və Helsinki komissiyasının üzvü Pol Massaro siyahını "Tvitter"də açıqlayıb. Sözügedən siyahı hazırda həbsdə olan Aleksey Navalnının silahdaşları Leonid Volkov və İvan Jdanov tərəfindən hazırlanaraq AB və ABŞ nümayəndələrinə təqdim olunub.  Siyahıda Rusiyanın Baş naziri Mixail Mişustin, Kremlin mətbuat katibi Dmitri Peskov, FTX-nin (FSB) direktoru Aleksandr Bortnikov, Moskva meri Sergey Sobyaninin, həmçinin Rusiya hakimiyyətinə yaxın olan biznesmenlərin, təbliğat ruporu olan media nümayəndələrinin, Duma üzvlərinin və digərlərinin adı var.  Dəyişikliyin mətni demokrat Tom Malinovski və respublikaçı Con Kertis tərəfindən hazırlanıb....
Dünya

Türkiyənin pilotsuz döyüş təyyarəsini istehsal edəcəyi tarix açıqlandı

22 Sentyabr 2021

www.star.com.tr

2023-cü ilə qədər insansız döyüş təyyarə sistemimizi, yəni insansız döyüş təyyarəsi dediyimiz layihəni reallaşdırmağı hədəfləyirik.  "Anadolu Agentliyi"nin bu gün, sentyabrın 22-də verdiyi xəbərə görə, bunu "Baykar" şirkətinin direktoru Selçuk Bayraktar Türkiyədə keçirilən "Take Off" Beynəlxalq İnvestisiya Sammitindəki çıxışı zamanı deyib.  Bayraktar 2022-ci ildə isə “Bayraktar TB3” pilotsuz uçuş aparatının (PUA) ilk uçuşunun keçiriləcəyini bildirib.  Onun sözlərinə görə, “Bayraktar TB3”  insansız müharibə təyyarəsi kimi inqilabi keyfiyyətlərə malik olacaq: o, qısa uçuş zolağı olan gəmilərə enib qalxa biləcək. 
Seçilmiş Videolar