Dmitri Muratov/sosial media
Nobel sülh mükafatı laureatı və “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratova hücum olub. Moskva-Samara qatarında onun üzərinə yağlı boya və aseton qatışığı töküblər.
Bu barədə “Novaya qazeta” məlumat verib.
İnsidentin məhz harada baş verdiyi göstərilmir. Saat 20.10-da Kazan vağzalından “Jiquli” adlı qatar yola düşür, çox güman, söhbət ondan gedir. Qəzetin məlumatında qatarın yola düşməsinin ləngidildiyi bildirilir. Muratovun sözlərinə görə, hücum edən “Muratov, bu sənə bizim uşaqlara görədir” qışqırıb.
Muratov filippinli jurnalist Mariya Ressa ilə birlikdə 2021-ci ilin oktyabrında Nobel sülh mükafatına layiq görülüblər. Jurnalistlər “demokratiya və sülhün şərti olan fikir azadlığının müdafiəsi səyləri”nə görə mükafatlandırılıblar.
Martın sonlarında Muratov elan etdi ki, Ukrayna qaçqınlarına yardım etmək məqsədilə öz Nobel medalını satışa çıxarır. O, tərəfləri atəşi dayandırmağa, əsirləri dəyişməyə, ölənlərin cəsədlərini qaytarmağa və humanitar dəhlizlər açmağa çağırıb.
Rusiyanın Ukraynaya təcavüzü başlayanda “Novaya qazeta” Rusiyada fəaliyyət göstərən və Kremlin nəzarətində olmayan azsaylı KİV-dən biri idi. Amma müharibə başlayandan sonra "Roskomnadzor" tərəfindən iki dəfə xəbərdarlıq aldığından “Ukrayna ərazisində xüsusi əməliyyat yekunlaşana qədər” öz fəaliyyətini dayandırıb. Çünki KİV lisenziyasının ləğv edilmə təhlükəsi olub.
Açıq mənbələrdən götürülüb
ZDF
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?