un.org
Rusiyanın Birləşmiş Millətlər təşkilatının (BMT) İnsan Hüquqları Şurasındakı üzvlüyü dayandırılıb.
BMT-nın rəsmi saytı xəbər verir ki, bu barədə Baş Assambleya qətnamə qəbul edib.
Üzvlüyün dayandırılması ilə bağlı səsvermədə 93 ölkə qətnamənin lehinə, 24 ölkə isə əleyhinə səs verib.
58 ölkə bitərəf qalıb.
Azərbaycan səsvermədə ümumiyyətlə, iştirak etməyib.
Azərbaycandan başqa, Ermənistan, Benin, Burkina Faso, Cibuti, Ekvatorial Qvineya, Qvineya, Livan, Mavritaniya, Mərakeş, Ruanda, San-Tome və Prinsipi, Solomon adaları, Somali, Türkmənistan, Venesuela və Zambiya səsvermədə iştirak etməyiblər.
Gürcüstan və Baltik respublikaları qətnaməni dəstəkləyiblər.
Qırğızıstan, Qazaxıstan, Tacikistan, Özbəkistan və Belarus qətnamənin əleyhinə səs veriblər.
Türkiyə qətnamənin lehinə, İran və Çin əlehinə səs veriblər.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
açıq mənbədən götürülüb
"Shutterstock"
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”