Rusiya Federasiyası hökumətinin keçmiş dövlət katibi və baş nazirin birinci müavini Gennadi Eduardoviç Burbulis Bakıda vəfat edib.
Rus mətbuatının yazdığına görə, Burbulis iyunun 19-da Bakı otellərin birində saunada olarkən keçinib.
77 yaşlı Burbulisin beynəlxalq forumda iştirak etmək üçün Azərbaycan paytaxtına gəldiyi bildirilir.
https://toplum.tv/dunya/rusiya-milyoncularini-itirir-zenginler-olkeni-terk-edir
1990-cı illərin əvvəllərində o, Rusiya prezidenti Boris Yeltsinin ən yaxın adamlarından biri olub və SSRİ-nin süqutu ilə bağlı "Belovejskaya sazişləri"nin hazırlanmasında və imzalanmasında iştirak edib.
Yeltsinin qələbəsindən sonra Prezident beşinci fərmanı ilə Burbulisi dövlət katibi vəzifəsinə təyin edib, o, bu vəzifəni tutan yeganə şəxs olub. Burada o, Dövlət Şurasının işinə cavabdeh idi. Bu orqan əslində Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin surəti funksiyasını daşıyırdı və ölkənin siyasətini müəyyən etməli idi.
Burbulis həmçinin Federasiya Şurası sədrlərinin - Sergey Mironov və Valentina Matvienkonun müşaviri olub. Onun dəfnin vaxtı və yeri barədə məlumat verilməyib.
Rəsmi səhifə
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?
Dolanmaq üçün böyrəyini satdığını deyən veteran xanım evsiz qalıb