Rusiyanın nüvə zərbəsinə ABŞ-ın cavabı necə olacaq? - CIA-nın keçmiş direktorunun açıqlaması
Açıq mənbələrdən götürülüb
Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş rəhbəri Devid Petreus Rusiya Ukraynaya nüvə zərbəsi endirərsə, ABŞ-ın cavabının necə olacağını açıqlayıb.
"Kreml lideri Vladimir Putin Ukraynaya qarşı taktiki nüvə silahından istifadə əmri verməyə cəsarət edərsə, ABŞ rus qoşunlarına qarşı şərti zərbə endirəcək", - Devid Petreus "ABC News"-a müsahibəsində deyib.
“Biz Ukraynada döyüş meydanında gördüyümüz və müəyyən edə bildiyimiz bütün qüvvələri, eləcə də Qara dənizdəki bütün Rusiya gəmilərini məhv edəcəyik”, - deyə general əlavə edib.
https://toplum.tv/dunya/ag-ev-biz-putinin-nuve-tehdidlerini-ciddi-qebul-edirik
Petreusun fikrincə, ABŞ-dan belə bir şərti hücum kifayət edər və nüvə zərbəsi endirməyə ehtiyac qalmaz.
"Bu cavabsız qala bilməz. Amma genişlənməyəcək - bu, nüvəyə qarşı nüvə olmayacaq. Siz nüvə eskalasiyasına müdaxilə etmək istəmirsiniz, lakin bunun heç bir halda qəbul edilə bilməyəcəyini göstərməlisiniz", - CIA-nın keçmiş direktoru əlavə edib.
Daha əvvəl ABŞ dövlət katibi Entoni Blinken də Rusiya nüvə zərbəsi endirməsinə qarşı ölkəsinin fəaliyyət planının olduğunu bildirmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Yaxın Şərqdə müharibə: ABŞ atəşkəs başa çatdıqdan sonra İsrail üçün qırmızı xətlər çəkib
Açıq mənbələrdən götürülüb
Reuters
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?