Rusiyanın Ukrayna cəbhəsində yeni sınağı - Kremldəki "Müharibə partiyası" qalib gəldi
Açıq mənbələrdən götürülüb
“Meduza.io” mətbu orqanı Rusiyanın Ukraynanın şərqində üzləşdiyi əks-hücumlar və onun tələsik referendumlar keçirmək qərarı barədə material hazırlayıb. Toplum TV materialı Azərbaycan dilində oxucularına təqdim edir.
Qondarma Luqansk və Donetsk “xalq respublikaları”nın, eləcə də Zaporojye və Xerson vilayətlərinin işğal altındakı ərazilərinin rusiyapərəst hakimiyyətləri tələsik, bir-birinin ardınca bu yaxınlarda “Rusiya Federasiyasına birləşmək haqqında referendum” keçirəcəklərini açıqlayıblar. LXR və DXR səsvermənin artıq bu həftə, sentyabrın 23-dən 27-ə kimi keçiriləcəyi məlumdur.
“Meduza”nın daha əvvəl xəbər verdiyi kimi, Ukrayna qoşunlarının Xarkov vilayətində uğurlu əks-hücumundan sonra Moskva “birləşmək haqqında referendumlara stop qoymağı” və onları qeyri-müəyyən müddətə təxirə salmağı qərara almışdı. RF prezident administrasiyasına (PA) yaxın iki mənbənin məlumatına görə, Kreml hələ ötən həftənin sonunda “referendum”ların keçirilməsini tezləşdirmək istəmirdi. Xarkov v Zaporojye vilayətlərində işləyən siyasi texnoloqlar Ukrayna Silahlı Qüvvələrinin (USQ) əks-hücumundan sonra Rusiyaya qayıtdılar, Xerson vilayətində səsverməyə hazırlıq dayandırıldı, “LXR” və “DXR”-də isə təbliğat əslində heç başlamamışdı.
https://toplum.tv/dunya/rejimler-deyisende-niye-heykeller-yixilir
Amma vəziyyət bir neçə gün ərzində dəyişib. İndi “Meduza”nın həmsöhbətləri “referendum”ların artıq bu həftə keçirilməli olduğunu təsdiqləyirlər: “Hər şeyi sürətlə həll etmək istəyi var”. Kremlə yaxın mənbələr vurğulayırlar ki, Rusiya hakimiyyəti hətta “legitimlik illüziyası” yaratmaq fikrində deyil. “Əsas olan hər hansı səsvermə keçirmək və nəticələr barədə hesabat verməkdir”. Başqa şeylərlə yanaşı elektron səsvermədən də istifadə etmək planlaşdırılır (müşahidəçilər bunu RF daxilində seçkilərin manipulyasiyasında hakimiyyət kömək edən alət hesab edirlər).
“Meduza”nın həmsöhbətləri planların dəyişdirilməsini müharibə partiyası deyilən dəstənin – yüksək çinli mülki və hərbi məmurlar qrupunun lobbi səyləri ilə izah edirlər. Bu qrup Ukrayna ilə münaqişənin daha da gərginləşdirilməsini, o cümlədən Rusiyada səfərbərlik aparılmasını istəyir (Kiyev müharibə başlayan kimi səfərbərlik aparıb; indi Ukrayna cəbhədə say üstünlüyünə malikdir). “[Putinə] təsir ediblər və hamı tələsik işə başlayıb”, - Kremlə yaxın olan mənbələrdən biri deyir.
“Meduza”nın həmsöhbətləri belə tələskənliyin iki səbəbinin olduğunu izah edirlər. Birincisi, USQ-nin əks-hücumundan sonra işğal olunmuş ərazilərdəki əhval-ruhiyyədən narahat olan bəzi yüksək çinli mülki nümayəndələrin (o cümlədən PA-da) mövqeyi:
Xerson və Zaporojyedəki bəzi rusiyapərəst vətəndaşlar arasında Ukraynanın qayıdacağı və onları cəzalandıracağı ilə bağlı ciddi təlaş daha əvvəl də vardı. “LXR” və “DXR”-də referendumların gecikdirilməsindən narazılıq mövcud idi. Ukraynanın əks-hücumundan sonra bu qorxular dəfələrlə artıb. Özü də DXR və LXR-da da peyda olub, halbuki burada daha əvvəl yox idi.
“Meduza”nın həmsöhbətləri bu baxışın tərəfdarları arasında “Vahid Rusiya”nın Baş katibi Andrey Turçakın və RF Təhlükəsizlik şurası sədrinin müavini Dmitri Medvedevin adını çəkiblər. Məqalə çap olunana qədər Dmitri Medvedevin nümayəndələri və Andrey Turçak “Meduza”ya cavab verməyiblər.
“Meduza”nın həmsöbətlərinin iddiasına görə, bu fiqurlar və ətrafları Putinə təsir göstərdmək cəhdlərində güc strukturlarının bəzi nümayəndələri ilə (məsələn, “Rosqvardiya”nın rəhbəri Viktor Zolotovla) birləşiblər, həmin nümayəndələr Ukrayna ilə uğurlu müharibə aparmaq üçün Rusiyanın səfərbərlik aparmalı olduğuna əmindirlər (bu, tələskənliyin ikinci səbəbidir). Zolotovun nümayəndələri “Meduza”nın suallarına cavab verməyiblər.
Mənbələrin məlumatına görə, Vladimir Putin özü də “referendum”ları bacardıqca tez keçirmək istəyirmiş: o, RF-nın hərbi fəallığını azaltmaq niyyətində deyil. Mənbələrdən biri deyir: Şanxay Əməkdaşlıq Təşkilatının son sammitində bir neçə dövlətin rəhbərləri – o cümlədən Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan və qazax lideri Qasım-Comərd Tokayev – guya Putinə müharibəni bitirmək lazım olduğunu deyiblər. Mənbənin sözlərinə görə, Rusiya prezidenti bu təkliflərə əsəbi reaksiya verib. Prezidentin mətbuat katibi Dmitri Peskov bu material çapa gedənə qədər “Meduza”nın suallarına cavab verməyib.
https://toplum.tv/dunya/muharibede-en-cox-itki-veren-tuvalilar-putin-cingizxan-soyqu-sabutay-dir
“Mudeza”nın Kremlə yaxın olan üç mənbəsi bildirib ki, Kremlin düşüncəsinə görə, “referendum”lar “Rusiya ərazisinə hücum etməyə risk etməyəcək” Ukrayna qoşunlarının irəliləməsini dayandırmağa xidmət edəcək (halbuki RF-nın sərhədyanı regionları mütəmadi atəşə tutulur). Rəsmi Kiyev isə artıq bəyan edib ki, hazırlanan səsverməni heç nəyi dəyişməyəcək “fiksiya” hesab edir.
Əgər əks-hücum davam edərsə, Rusiya hakimiyyəti ölkədə qismən səfərbərlik aparmaq və hərbi vəziyyət tətbiq etmək niyyətindədir. Mənbələrə görə, bu “yeni şərait”lə bağlı prezident administrasiyasının və Müdafiə Nazirliyinin rəhbərliyində yerdəyişmələr mümkündür.
İşğal olunmuş ərazilərdə “Rusiyaya birləşmək haqqında referendum”u dərhal keçirmək niyyəti elan olunan gün Rusiya qanunvericiliyinə dəyişikliklər – o cümlədən, səfərbərlik haqqında – qəbul olundu. Bu dəyişikliklərin əleyhinə Dövlət dumasında bir deputat da çıxmadı.
Tərcümə: Yadigar Sadıqlı
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür