Dünya

Ruslar kütləvi şəkildə Türkiyədən ev alır 

Samirə Əli
10 Avqust, 2022
200

Açıq mənbələrdən götürülüb

Rusiya-Ukrayna müharibəsi fonunda bu ilin aprel ayından etibarən Rusiya vətəndaşları Türkiyədən kütləvi şəkildə mənzil almağa başlayıblar. 

Bu, Türkiyənin Milli Statistika Komitəsi yaydığı məlumatlarda öz əksini tapıb. 

Belə ki, apreldə 1152, mayda 1275, iyunda isə 1887 ev almaqla ilə Rusiya vətəndaşları Türkiyədə həmin dövr ərzində bu kateqoriyada ilk yeri tutublar. 

Bu ilin aprelinədək isə İran vətəndaşları mənzil alışına görə ilk yeri tuturdu. 

https://toplum.tv/dunya/erdogan-rusiya-ile-munasibetlerde-yeni-merhele-aciriq

Ötən il isə Rusiya vətəndaşları ümumilikdə 5379 mənzil satın almışdılar və statistikada 3-cü yeri tutmuşdular. 2021-ci ildə Türkiyədən İran vətəndaşları 10 min 56 mənzil almaqla birinci yeri, 8 min 661 mənzil almaqla isə İraq vətədanşları ikinci pillədə qərarlaşmışdılar. 

Dünya

İran Məhsa Əmininin ölüm səbəbini açıqladı

7 Oktyabr 2022

Sosial Media

İran Ədliyyə Xidməti Məhsa Əmininin ölümünün beyin hipoksiyasına görə olduğunu müəyyən edib. Bu barədə "Reuters" xəbər yayıb.  Məhsa Əmininin tibbi ekspertizasında onun ölümünün "baş və həyati orqanlara vurulan zərbələrlə əlaqədar olmadığı" bildirilib. https://toplum.tv/dunya/xameneyi-irandaki-etirazlarin-arxasinda-abs-ve-sionistler-dayanir Məhkəmə-tibbi ekspertləri bildirib ki, Əmini 8 yaşında olarkən beyin əməliyyatı keçirib və ağır dərmanlar qəbul edib: “Mərhumun uşaqlıqda keçirdiyi xəstəlik və qəbul etdiyi ağır dərmanlar səbəbindən polis idarəsində huşunu itirib. Və bundan sonra onun orqanizminin vəziyyətə uyğunlaşmaq üçün lazımi qabiliyyəti olmayıb”. 22 yaşlı Əmininin İran əxlaq polisinin nəzarətində olarkən ölməsi ölkədə iki həftədən çox davam edən kütləvi etirazlara səbəb olub. Atası onun ayaqlarında qançırlar olduğunu və onun...
Dünya

Nobel Sülh Mükafatının qalibləri bəlli oldu 

7 Oktyabr 2022

Rəsmi səhifə

Rusiyanın “Memorial” hüquq müdafiə təşkilatı, belarus hüquq müdafiəçisi Ales Byalyatski və Ukraynanın “Mülki Azadlıqlar Mərkəzi” hüquq müdafiə təşkilatı Nobel Sülh Mükafatına layiq görülüblər.  Bu barədə oktyabrın 7-də Nobel Komitəsi məlumat yayıb.  Nobel Sülh Mükafatı 1901-ci ildən "sülhün möhkəmlənməsinə görkəmli töhfəsinə görə" verilir. 120 il ərzində 109 fiziki şəxsə və 25 təşkilat mükafata layiq görülüb. Laureatlar arasında ən gənc mükafatçı, 2014-cü ildə mükafatı alan 17 yaşlı pakistanlı hüquq müdafiəçisi Malala Yusufzai də daxil olmaqla 18 qadın var. Beynəlxalq Qızıl Xaç Komitəsi üç dəfə Nobel Sülh Mükafatına layiq görülüb. https://toplum.tv/dunya/putin-kadirova-general-polkovnik-rutbesi-verdi Nobel Sülh Mükafatının tarixi ərzində SSRİ və Rusiyanın üç vətəndaşı laureat olub:...

Seçilmiş Videolar

Toplum TV loqo