Dünya

Rusların ukraynalılara yazığı gəlmək hüququ yoxdur

18 İyul, 2022
1008

Açıq mənbələrdən götürülüb

Toplum TV müəllif Yelena Fanaylovanın müharibə etikası haqqında “Acımaq hüququ olmadan” adlı məqaləsini azərbaycan dilində təqdim edir. Yazının orijinalı “Radio Svoboda”da rus dilində yayımlanıb.

“Yumşaq deməyə çalışacağam... Rusların ukraynalılara yazığı gəlmək hüququ  yoxdur. Ukraynanın dinc şəhərlərini xüsusi sinizmlə bombalayan ölkənin vətəndaşları ukraynalılara abstrakt mərhəmət hissi nümayiş etdirə bilməzlər. Mənim də ukraynalılara acımaq hüququm yoxdur, çünki onların yerində deyiləm. Mən Mariupolda, Xarkovda, Slavyanskda, Odessada deyiləm. Hər gecə bomba sığınacağına qaçmağı öz şəxsi dərimdə hiss etmirəm. Hərçənd, bir tanışımın, onun əlil anasının və qızının necə qaçdıqları barədə feysbukda mütəmadi oxuyuram. Yeri gəlmişkən, həmin tanışım fevralın 24-ə kimi “Rus dünyası” tərəfdarı idi, amma rus raketlərindən sonra dərhal sağaldı.

Əlbəttə, siz (elə mən də) sosial şəbəkələrdə Ukraynaya dəstək sözləri yaza, qadağa altında müharibə əleyhinə piketlərə çıxa (cəsur fəallar çıxan kimi) və mənasız həbslərə məruz qala bilərsiniz. Amma nə qədər ki, mariupollu və xarkovlu rəfiqələrimin yerində deyiləm, Ukraynanın dinc vətəndaşlarının ölümü barədə sosial şəbəkələrdə bircə kəlmə də saxta (və siyasi mahiyyət baxımından zərərli) təəssüf ifadə etməyəcəyəm. Bu, psixoloji indulqensiyadır, başqa bir şey deyil. Bu, müharibəni dayandırmaq fürsəti üçün heç nəyi dəyişmir, vasitələr vermir.

https://toplum.tv/dunya/rusiya-imperiya-cigirinda

Rusiya cəmiyyətinin hakimiyyətə siyasi təsir məqamı ardıcıl şəkildə 2000, 2008, 2012 və 2014-cü ildə əldən verilib. Boris Nemtsovun qətli Putin rejimini dinc etiraz yolu ilə dekonstruksiya etmək illüziyalarına son qoydu. Aleksey Navalnının təşkilatlarını, eləcə də demokratik maarifləndirmə, hüquq müdafiəçiliyi, müasir teatr təşkilatlarını bircə hərbi-inzibati zərbə ilə, praktiki olaraq ildırım sürətilə dağıtmaq mümkün oldu. Sobyanin Moskvasının urbanist layihələri çoxmu davam gətirəcək? Kafelərdəki və velosiped cığırlarındaki hipsterlər, eləcə də bazarın benefisiarı olan dəbli arxitektorlar anlayırlarmı ki, paytaxtın psevdostalinist dəbdəbəsinin bədəli Rusiyadakı narazılar üçün yeni QULAQ və Ukraynanın şərq ərazilərinin vətəndaşalrı üçün filtrasiya düşərgələridir?  

Mən 2021-ci ilin mayından 2022-ci ilin fevralın ortalarına kimi Kiyevdə yaşamışam (“xarici agentlər” haqqında qanun üzündən “Azadlıq radiosu”nun Rusiya xidməti redaksiyasının bir hissəsi Ukraynaya köçürülmüşdük).  Özümün əmək bioqrafiyamda 2022-ci ilin yanvarndan bəri müharibə gözləntisi qədər dəhşətli bir şey xatırlamıram. Müharibənin başlayacağına, yaşayış məhəllələrinə qarşı belə qəddar olacağına azacıq şübhəm yox idi. Mən hər gecə rus bombalarını gözləyirdim, üç saat yatırdım, hər an əynimdə tuman qaçmağa hazır idim. Mənim həyəcan çamadanım yox idi, çünki onun faydasızlığını anlayırdım. Bilirdim ki, məhz gözəlliyinə görə seçdiyim, Qolda Meirin doğulduğu evin qonşuluğunda yerləşən qədim Kiyev evinin qəşəng və qəliz pilləkənləri ilə qaçaraq öz miskin əndamımı xilas edə bilməyəcəyəm. Yeri gəlmişkən, Ukrayna prezidentinin administrasiyasından 10 dəqiqəlik piyada məsafəsində, yəni rus bombardmanı üçün əla nöqtədə yaşayırdım. Üzərlərinə artıq ekzistensial zülmətin çökdüyü sakinlərin niyə şənləndiklərini və kef etdiklərini, o zülməti niyə hiss etmədiklərini anlamırdım. Əgər hiss edirdilərsə də, ondan heç qorxmurdular.

Mənim ukraynalılar haqqında, bu böyük Şərqi Avropa antroposu haqqında, rusların ukraynalılara acımalarının niyə tamamilə mənasız olması haqqında dediklərimin məğzi budur. Şərqi ukraynalı yoldaşlarınızın feysbukda rus dilində mətnlərinin sizi necə aldatmasından və ya inandırmasından asılı olmayaraq. Rusiya raketi mənim kiyevli həmkarım Vera Qiriçi evinin içində öldürəndə, öz-özümə etiraf etdim ki, öncədən hiss etdiklərim təxəyyül deyilmiş. “Ukraynalılara acımaq” sxemində mən heç nə anlaya bilmirəm. Mən – öldürülən adamam, başqa mənada söhbət mənasızdır.

https://toplum.tv/sosial/rusiyadan-pul-kocurmeleri-mehdudiyyetler-banklara-yavas-yavas-gelir

Bir zaman Kuçmanın dediyi kimi, nəyə görə ukraynalılar rus deyillər, nəyə görə Ukrayna Rusiya deyil? Mənim bu xalq haqqında cavabım belədir. Ukraynalılar ölümdən qorxmurlar. Ümumiyyətlə, qorxmurlar, ruslardan fərqli olaraq. Ruslar ölümə əzabkeş kimi hazırdırlar, amma onu ali dərəcədə soyuq qiymətləndirmirlər. Ukraynalılar bu qiyməti bilirlər, amma nə qədər təəccüblü olsa da, bu, öz ölkələrinin müdafiəsində onlar üçün əsas deyil. Bir zaman Maydandan Arkadi Babçenkonun yazdığı kimi, qulaq pərdələrini dağıdan səs qumbaraları onlara azacıq belə təsir göstərmir.

Mənim indi yazacaqlarım amansız görünə bilər, amma bunsuz müharibənin insan faktorunu anlamaq mümkün deyil. Rusiya Ukraynanı və onun sakinlərini ölümdən və işgəncələrdən qorxmağa məcbur edə bilməyəcək. Siz mənə inanmaya bilərsiniz: onların vecinə də deyil. O mənada veclərinə deyil ki, onları ölüm təhdidi ilə sındırmaq mümkün deyil. Onlar Kremlin şərtlərini qəbul etməyəcəklər. Bu milli xarakterdir (tarixçilər deyir ki, köhnəlmiş ifadədir, amma başqası yoxumdur). Yəqin ki, onlar “son ukraynalıya qədər” döyüşəcəklər, amma Vladimir Putinin dediyi mənada yox. NATO-nun maraqları uğrunda deyil, öz vətənləri, torpaqları və azadlıqları üçün.

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Yaxın Şərqdə müharibə: ABŞ atəşkəs başa çatdıqdan sonra İsrail üçün qırmızı xətlər çəkib

Yadigar Sadıqlı
8 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Atəşkəsin bu qədər uzun sürməsi diplomatik səylərin nəticəsi idi. İndi, yeddi günlük pauzadan sonra İsrail də, HƏMAS da mürəkkəb hərbi və siyasi məsələləri həll etməlidirlər.  HƏMAS üçün bu, həyatda qalmaq mücadiləsidir. Nə qədər ki, HƏMAS yaraqlısı tətiyi basa və ya İsrailə raket ata bilir, məğlubedilməz olduğunu iddia edəcək. İsrailin vəzifəsi isə, özünün nəhəng hərbi qüdrətinə baxmayaraq, daha çətindir. Oktyabrın 7-də baş tutan və çoxu mülki şəxslər olan 1200-ə yaxın adamın ölümü ilə nəticələnən hücumdan sonra ölkənin baş naziri Binyamin Netanyahu HƏMAS-dan sarsıdıcı intiqam almağa and içib. İsrail ordusunun hərbi əməliyyatları bərpa etməsindən sonrakı ilk saatlarda hökumət “WhatsApp”dakı xəbərində bir daha...
Dünya

Putin prezident seçkilərində iştirak edəcəyini açıqlayıb

Toplum TV
8 Dekabr 2023

Reuters

Rusiya Federasiyası Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.  Toplum TV TASS-a istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də jurnalistlərə Vətən Qəhrəmanları Günü münasibətilə Kremldə keçirilən mərasimdən sonra dövlət başçısı ilə söhbətin iştirakçıları məlumat veriblər. Məlumata görə, qondarma "Donetsk Xalq Respublikası parlamenti"nin spikeri Artyom Coqa Putinə müvafiq tələblə müraciət edib və Rusiya prezidenti bununla razılaşıb. https://toplum.tv/dunya/prusiyanin-neftden-gelirleri-rekord-hedde-ccedilatibp Putinin dövlət başçısı kimi səlahiyyətləri 2024-cü il mayın 7-də başa çatır. Rusiyada növbəti prezident seçkiləri isə martın 17-nə təyin edilib. Putin beşinci dəfə prezidentliyə namizədliyini irəli sürəcək. O, qalib gəlsə, daha 6 il, 2030-cu ilə qədər dövlət başçısı postunu...

Seçilmiş Videolar

Toplum TV loqo