Dünya

Saakaşvili biradamlıq kameraya salındı

13 Oktyabr, 2021
73

France 24

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Rustavi həbsxanasının biradamlıq kamerasına köçürülüb.

Bu barədə "New Format" məlumat yayıb.

Bildirilir ki, həbsxana rəhbərliyi bu qərarı Saakaşvilinin istəyinş nəzərə alaraq qəbul edib. Keçmiş prezident kameranı kiminləsə bölüşməkdən qəti imtina edib.

“Məhz Saakaşvilinin istəkləri əsasında o, biradamlıq həbsxana kamerasına yerləşdirilib”, - Gürcüstan Penitensiar Xidmət idarəsindən bildiriblər.

İdarədə həmçinin deyilib ki, Saakaşvilinin cinayətkarlarla eyni kamerada saxlanılması barədə əvvəllər yayılan xəbərlər gerçəkliyə uyğun deyil.

Gürcüstan Ədliyyə Nazirliyi Saakaşvilinin sağlamlığının monitorinqi üçün həkimlər qrupunun yaradılmasını xahiş edib. Nazirlikdə bildiriblər ki, qrupun məqsədi Saakaşvilinin sağlamlığını izləmək və zərurət yarandığı halda lazımi tövsiyələr vermək olacaq.

Dünya

Azərbaycanda 9 məktəb distant təhsilə keçdi

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

9 məktəb, 344 sinif koronavirusa görə distant təhsilə keçib. Bu barədə oktyabrın 19-da Təhsil Nazirliyindən məlumat verilib.  Bildirilib ki, ölkənin ümumtəhsil məktəblərində 90 minə yaxın sinif var. Onlardan cəmi 344-ü (0,3 faizi) distant təhsilə keçib.
Dünya

Rusiya Ermənistana 1 milyard dollarlıq investisiya yatıracaq

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Rusiya yaxın vaxtlarda Ermənistan iqtisadiyyatına 1 milyard dollarlıq investisiya yatıra bilər.  TASS-ın məlumatına görə, bu barədə Rusiya iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç açıqlama verib.  Nazir müavininin sözlərinə görə, bu investisiya Rusiya və Ermənistan arasında iqtisadi, sosial və mədəni əlaqələrə çox ciddi töhfələr verəcək. Yeni iş yerlərinin açılmasına və infrastrukturun inkişafına gətirib çıxaracaq.  Statistikalara əsasən, Ermənistan Respublikasına yatırılan xarici investisiyanın 40%-i Rusiya Federasiyasının payına düşür. 
Seçilmiş Videolar