AP
Bu gün səhər ölkəsinə qayıtdığını bildirən Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ölkə əhalisinə videomüraciət ünvanlayıb.
Bu barədə oktyabrın 1-də “Sputnik Gürcüstan” məlumat verib.
Kadrlarda Saakaşvilinin gecə vaxtı sahilyanı şəhərdə olduğu görünür, amma görüntülər dumanlıdır və şəhəri müəyyən etmək olmur. Eks-prezidentin özü Batumidə olduğunu deyir. “Vahid Milli Hərəkat” partiyasından silahdaşları da Saakaşvilinin ölkəyə qayıdışını təsdiqləyirlər.
“Burada mənim Batumi Amerika Texnoloji Universitetim olmalı idi, amma məhv ediblər... İndi burada rusiyalılar üçün ev tikirlər... Bu yer üçün çox darıxırdım. Bu gün arzum çin oldu. Amma mənim arzum yalnız Gürcüstan ayağa qalxanda tam həyat keçəcək”, - Saakaşvili söyləyib.
O, əlavə edib ki, hakim “Gürcü arsuzu – demokratik Gürcüstan” partiyasının hökmranlığına son qoymaq üçün oktyabrın 2-də bütün vətəndaşlar seçkiyə getməlidirlər. Eks-prezidentin fikrincə, onun yaratdığı “Vahid Milli Hərəkat” partiyasına, ya da “nisbətən dürüst partiyalara” səs vermək lazımdır.
Saakaşvili vətəndaşları seçkinin ertəsi günü irimiqyaslı mitinq keçirmək üçün Tbilisinin mərkəzindəki Azadlıq meydanına toplaşmağa çağırıb.
“Mən də kolonlardan birinə qoşulacağam. Buna görə də xahişim odur ki, kolonlar çoxsaylı və güclü olsunlar ki, hakimiyyət məni saxlaya bilməsin. Mən sizə ümid edirəm. Gördüyünüz kimi, mən buraya gəlmək üçün hər şeylimə - həyatımla, azadlığımla risk etdim”, - deyə Saakaşvili bildirib.
Gürcüstan hökuməti isə öz növbəsində açıqlama yayaraq bildirib ki, Saakaşvili ölkə sərhədlərinə daxil olmayıb. Baş nazir İrakli Qaribaşvili bundan əvvəl bəyan etmişdi ki, eks-prezident ölkəyə daxil olan kimi həbs ediləcək.
açıq mənbədən götürülüb
"Shutterstock"
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”