Dünya

Saakaşvili həbsxanadan Baş naziri hədələdi

12 Oktyabr, 2021
103

France 24

Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili baş nazir İrakli Qaribaşvilini kabinetindən bayıra tullamaqla hədələyib.
 
“Sputnik Gürcüstan” xəbər verir ki, o, həbsxanadan növbəti məktubunu yazıb.
 
“Mən və (“Vahid Milli Hərəkat” partiyasının sədri Nika) Meliya gürcü xalqı ilə birlikdə çox yaxın zamanda sizləri kabinetlərinizdən bayıra atacağıq, ölkəni azad edəcəyik”, - VMH-ın üzvü Eka Xerxeulidzenin səsləndirdiyi məktubda belə deyilir.
 
Eka Xerxeulidze aclıq elan edən Saakaşvilinin yarım kilo bal yeməsi haqqında Qaribaşvilinin iddiasını da təkzib edib. Onun sözlərinə görə, keçmiş prezident həkim məsləhəti ilə hər birində 50 qram bal olan beş banka alıb, amma bunun “aclıq aksiyasına kölgə salacağını” anlayanda dörd bankanı geri qaytarıb.
 
Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb. O, bələdiyyə seçkilərindən sonra keçirilməli olan etiraz aksiyalarında iştirak etmək üçün səkkiz illik mühacirətdən sonra ölkəsinə qayıtmışdı.

Dünya

Azərbaycanda 9 məktəb distant təhsilə keçdi

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

9 məktəb, 344 sinif koronavirusa görə distant təhsilə keçib. Bu barədə oktyabrın 19-da Təhsil Nazirliyindən məlumat verilib.  Bildirilib ki, ölkənin ümumtəhsil məktəblərində 90 minə yaxın sinif var. Onlardan cəmi 344-ü (0,3 faizi) distant təhsilə keçib.
Dünya

Rusiya Ermənistana 1 milyard dollarlıq investisiya yatıracaq

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Rusiya yaxın vaxtlarda Ermənistan iqtisadiyyatına 1 milyard dollarlıq investisiya yatıra bilər.  TASS-ın məlumatına görə, bu barədə Rusiya iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç açıqlama verib.  Nazir müavininin sözlərinə görə, bu investisiya Rusiya və Ermənistan arasında iqtisadi, sosial və mədəni əlaqələrə çox ciddi töhfələr verəcək. Yeni iş yerlərinin açılmasına və infrastrukturun inkişafına gətirib çıxaracaq.  Statistikalara əsasən, Ermənistan Respublikasına yatırılan xarici investisiyanın 40%-i Rusiya Federasiyasının payına düşür. 
Seçilmiş Videolar