Dünya

Saakaşvili tərəfdarları: "Mübarizəni dayandırmayacağıq"

15 Oktyabr, 2021
101

Sosial Media

Gürcüstanın əsas müxalif partiyası “Vahid Milli Hərəkat”ın lideri Nika Meliya Tbilisidəki çoxminlik etiraz aksiyasının iştirakçılarına sonrakı planlarından danışıb.
 
Bu haqda “Sputnik Gürcüstan” xəbər verir.
 
Etiraz aksiyası oktyabrın 14-də həbs olunan eks-prezident Mixail Saakaşvilinin azad edilməsi tələbi ilə keçirilib. “Heç kim Gürcüstanın üçüncü prezidentinin həbsi faktı ilə barışmayacaq. Biz mübarizəmizi dayandırmayacağıq”, - Meliya söyləyib.
 
O, etiraz aksiyasında toplaşanlara bildirib ki, mənəvi qələbə artıq qazanılıb. “Biz, çoxlarının təxmin edə bildiklərindən çoxuq”, - deyə o bildirib.
 

Nika Meliya - Sputnik

 
Oktyabrın 30-da Gürcüstanda yerli idarə orqanlarına seçkilərin ikinci turu keçiriləcək. Seçkilərdə paytaxt Tbilisi də daxil olmaqla, 20 şəhər və rayonun merləri müəyyən olunacaq. Demək olar ki, hər seçki dairəsində mübarizə “Milli hərəkat” və hakim “Gürcü arzusu” arasında gedir.
 
Birinci turdan sonra müxalifətçilər hakimiyyəti seçiciləri qorxutmaqda, pulla səslərini almaqda günahlandırırlar. Meliya bildirib ki, əgər ikinci tur da eyni üsullarla keçirilərsə, müxalifət daha böyükmiqyaslı etiraz aksiyası keçirəcək: “Bizdən planlarımız barədə soruşurlar. Bizim bircə planımız var – qələbə və qələbədən başqa heç nə”.
 
Mixail Saakaşvili Gürcüstanda olmadığı zaman qiyabi olaraq 6 illik həbsə məhkum olunub. O, Gürcüstan Birləşmiş Bankının əməkdaşı Sandro Qirqvlianinin qatillərini əfv etməkdə və parlamentin deputatı Valeriya Gelaşvilinin döyülməsini təşkil etməkdə ittiham olunur.

Dünya

Avropa Birliyi Belarusa qarşı sanksiyaları təsdiq etdi

2 Dekabr 2021

Rəsmi səhifə

Avropa Birliyinə üzv-ölkələrin daimi nümayəndələri komitəsinin (COREPER) iclasında Lukaşenko rejiminə qarşı sanksiyaların beşinci paketi razılaşdırılıb. Bu barədə "RİA Novosti" xəbər verir.  Qərara əsasən, yeni məhdudiyyətlər imzalanandan və ictimailəşəndən sonra qüvvəyə minəcək. Sanksiyaların AB-nin rəsmi jurnalında bu gün, dekabrın 2-də dərc olunacağı gözlənilir. Yeni sanksiya siyahısına Belarusun 17 rəsmi şəxsi və 11 təşkilatı daxil edilib. Daha əvvəl məlum olmuşdu ki, yeni sanksiyalar AB sərhədlərində miqrasiya böhranını təşkil edən və ya ona yardım edən fiziki və hüquqi şəxslərə, dövlət orqanlarına tətbiq ediləcək. Artıq məlumdur ki, Dövlət Sərhəd Xidmətinin sədri Anatoli Lapko, Qrodno sərhəd dəstəsinin rəisi Konstantin Molostov, DİN-in rəsmi nümayəndəsi Anatoli Qlaz...
Dünya

Belarusda növbədənkənar prezident seçkiləri keçirilə bilər

2 Dekabr 2021

Spiegel

Belarus prezidenti Aleksandr Lukaşenko Belarusun yeni konstitusiyasının qəbulundan sonra növbədənkənar prezident seçkiləri ehtimalını dəyərləndirib.  O, bu barədə “RİA Novosti”yə müsahibəsində danışıb. Lukaşenko bildirib ki, Belarus konstitusiyasına dəyişikliklər haqqında referendumdan sonra parlament və Ümumbelarus məclisinə yeni seçkilər keçiriləcək. Bu zaman o, növbədənkənar prezident seçkilərinin keçiriləcəyini də istisna etməyib. Dövlət başçısı deyib ki, seçkilər əgər “prezident qərar verərsə”, ya da əsas qanununun keçici müddəalarında Belarus prezidentinin seçilməsi üçün başqa müddətlər göstərilərsə, keçirilə bilər. Lukaşenko yeni konstitusiyanın qəbulunun əhəmiyyətini daha əvvəl izah edib. O, bildirib ki, dəyişikliklərin mahiyyəti səlahiyyətlərin bölüşdürülməsi və yeni hakimiyyət strukturunun yaradılmasıdır. Dəyişikliklər qəbul edilərsə, parlament və hökumətin rolu artacaq,...
Seçilmiş Videolar