"Saakaşvili Ukrayna sərhədini keçməyib və Gürcüstana gəlməyib" - Gürcüstan DİN
France 24
Gürcüstanın daxili işlə naziri Aleksandr Daraxvalidze bildirib ki, ölkənin sabiq prezidenti və hazırda Ukraynanın İslahatlar Şurasına rəhbərlik edən Mixail Saakaşvili Ukrayna sərhədini keçməyib və Gürcüstana gəlməyib.
"Sputnik Gürcüstan"ın oktyabrın 1-də verdiyi məlumatda bildirilir.
Daraxvalidze bildirib ki, o Ukrayna tərəfi ilə ciddi danışıqlar aparıb və bu informasiyanın səhihliyinə heç bir şübhə ola bilməz.
Saakaşvili bu gün səhər saatlarında Gürcüstanın ikinci böyük şəhəri olan Batumidə olduğunu bəyan edib.
"Burada mənim Batumi Amerika Texnoloji Universitetim olmalı idi, amma məhv ediblər... İndi burada rusiyalılar üçün ev tikirlər... Bu yer üçün çox darıxırdım. Bu gün arzum çin oldu. Amma mənim arzum yalnız Gürcüstan ayağa qalxanda tam həyat keçəcək”, - sabiq prezident video müraciəti zamanı söyləyib.
Saakaşvili həmçinin deyib ki, oktyabrın 3-də paytaxt Tbilisidə olacaq.
Sabiq prezidentin video-müraciəti zamanı gecə vaxtı hansısa sahilyanı şəhərdə olduğu görünür, amma kadrlar dumanlı olduğunan şəhəri tam seçmək olmur. Eks-prezidentin özü Batumidə olduğunu deyir. “Vahid Milli Hərəkat” partiyasından olan silahdaşları da Saakaşvilinin ölkəyə qayıtdığını təsdiqləyiblər.
Bundan əvvəl Gürcüstanın Baş nazir İrakli Qaribaşvili bəyan etmişdi ki, eks-prezident ölkəyə daxil olan kimi həbs ediləcək. Gürcüstanda illər əvvəldən Mixail Saakaşvili barəsində axtarış qərarı çıxarılıb.
açıq mənbədən götürülüb
"Shutterstock"
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”