Sosial Media
Gürcüstan Baş prokurorluğu sabiq prezident Mixail Saakaşviliyə qarşı sərhədi qanunsuz keçmək maddəsi ilə yeni ittiham irəli sürüb.
Bu haqda yerli "Interpressnews" portalı xəbər yayıb.
Portalın əldə etdiyi məlumata görə, Saakaşviliyə ünvanlanan yeni ittiham barədə oktyabrın 20-də məlum olub. Ehtimal olunur ki, keçmiş prezident ölkəyə sentyabrın 28-də Odessadan gələn bərə ilə keçib, sonra isə süd məhsulları daşıyan treylerdə gizlənərək Batumi ətrafına çatıb.
Yerli KİV-in yazır ki, bu ittiham üzrə Saakaşvilini dörd ildən beş ilə qədər həbs cəzası gözləyə bilər. O, 2013-cü ildə ölkəni tərk etdikdən sonra, iki fərqli cinayət işiylə əlaqədar qiyabi şəkildə mühakimə olunub və altı illik həbs cəzasına məhkum edilib.
Daha əvvəl məlum olmuşdu ki, həkimlər Saakaşvilini həbsxanadan xəstəxanaya köçürməyi tövsiyə ediblər. Sabiq prezidentin həbsinə etiraz olaraq keçirdiyi aclıq aksiyasının 19-cu günündə səhhəti kəskin pisləşmişdi. Vəkillərin məlumatına görə, aclıq aksiyası səbəbindən Saakaşvili demək olar ki, danışa və hərəkət edə bilmir.
AFP
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”