Dünya

Sabah Kremldə Ukraynanın 4 vilayətinin ilhaqı ilə bağlı sənədlər imzalanacaq

29 Sentyabr, 2022
251

Açıq mənbələrdən götürülüb

Sentyabrın 30-da Kremldə “Rusiyaya yeni ərazilərin daxil olması” haqqında müqavilələr imzalanacaq. 

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Söhbət Rusiya qoşunlarının işğalı altında olan Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindən gedir. 

Dövlət Dumasının deputatları sentyabrın 30-da saat 15:00-da Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçiriləcək tədbir üçün Kremlə dəvət olunublar. Bu barədə RİA “Novosti” Rusiya Federasiyası Kommunist Partiyasından olan deputat Denis Parfenova istinadən məlumat yayıb. Peskovun sözlərinə görə, ilhaq sənədlərini imzalamazdan əvvəl Putin deputatlar qarşısında çıxış edəcək. 

Razılaşmalar separatçı “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın liderləri, həmçinin Xerson və Zaporojye vilayətlərinin Rusiya işğal administrasiyalarının rəhbərləri ilə imzalanacaq. 

Donetsk və Zaporojye vilayətlərinin əhəmiyyətli hissəsi və Xerson vilayətinin kiçik bir hissəsi hazırda Ukraynanın nəzarəti altındadır.

Ukrayna və Qərb ölkələri, eləcə də dünyanın bir sıra digər ölkələri Rusiyanın tərkibinə daxil olmaq üzrə 4 regionda keçirilən psevdoreferendumu tanınmadıqlarını bəyan ediblər. ABŞ və müttəfiqləri ilhaq cəhdi ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar elan etməyə hazırlaşır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Rusiya donanmasına ikinci raket hücumu xəbərdarlığı edilib

Toplum TV
22 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Rusiyanın Qara dəniz donanmasının qərargahına ola biləcək ikinci raket hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edilib. Toplum TV APA-ya istinadən bildirir ki, xəbərdarlığı sentyabrın 22-si Sevastopol qubernatoru Mixail Razojayev bildirib. O, donanmanın qərargahına ikinci hücum təhlükəsinin ola biləcəyini xəbər verib. https://toplum.tv/dunya/pukraynada-kiccedilik-herfle-ldquorusiyardquo-yazilmasina-icaze-verilibp Bildirək ki, Ukrayna ordusu bu gün - 22 sentyabr Rusiyanın Qara dəniz donanmasının qərargahına raket zərbəsi endirib. Hücum nəticəsində, mərmilərdən biri Lunaçarski Teatrının yaxınlığına düşüb. Şəhər qubernatoru hadisə nəticəsində xəsarət alanların dəqiqləşdirildiyini qeyd edir.
Dünya

Ukraynada kiçik hərflə “Rusiya” yazılmasına icazə verilib

Toplum TV
22 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Ukraynada “Rusiya Federasiyası”, “Rusiya”, “Moskva””, “Rusiya İmperiyası”, “Rusiya Federasiyasının Dövlət Duması” və oxşarlar ifadələrin kiçik hərflərlə yazılmasına icazə verilib. Toplum Tv xəbər verir ki, bu haqda qərarı sentyabrın 22-si Ukraynanın Dövlət Dil Standartları üzrə Milli Komissiyası bəyan edib. Belə ki, rəsmi mətnlər və yazışmalar istisna olmaqla, digər hallarda “Rusiya”-nın kiçik hərflə yazılması dilinin normalarından kənara çıxma hesab edilməyəcək. https://toplum.tv/dunya/pbayden-ukraynaya-325-milyon-dollarliq-yeni-herbi-yardim-elan-edibp Komissiya bu qərarı Ukrayna baş nazirinin müavini İrina Vereşçukun sentyabrın 8-də bu mövzuda orfoqrafiyada rəsmi dəyişikliyə çağırmasından sonra verib. Bildirək ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra bir çox ukraynalı siyasətçilər, rəsmilər və jurnalistlər kiçik hərflə “Rusiya”, “Rusiya...

Seçilmiş Videolar

Toplum TV loqo