FT
Sanksiyalar
Avropa Şurası sanksiya rejiminin pozulmasının Avropa İttifaqına qarşı cinayətlər siyahısına salınması barədə qərar qəbul edib.
Toplum Tv "Radio Svoboda"ya istinadən xəbər verir ki, bu siyahı Aİ-nin Fəaliyyəti haqqında Müqavilədə nəzərdə tutulub. Hazırda belə cinayətlərə terrorizm, insan alveri, qadın və uşaqların cinsi istismarı, qanunsuz narkotik və silah ticarəti, korrupsiya, çirkli pulların yuyulması, ödəniş vasitələrinin saxtalaşdırılması, kibercinayətkarlıq və mütəşəkkil cinayət daxildir.
https://toplum.tv/dunya/rus-muxalif-lideri-hebs-ne-vaxtsa-bitecek-ozune-hormet-ise-qalacaq
Aİ Şurasının qərarı ilə bağlı verilən xəbərdə bildirilir ki, Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı apardığı “əsassız və ədalətsiz müharibə”yə cavab olaraq Rusiya iqtisadiyyatına qarşı görünməmiş sayda sanksiyalar tətbiq edib. Sanksiya siyasətinin uğur qazanması üçün onlardan yan keçmə cəhdlərini dayandırmaq zəruridir.
Sanksiyadan yayınmanın Aİ-yə qarşı cinayətlər siyahısına daxil edilməsi o deməkdir ki, indi Avropa Komissiyası direktiv hazırlamalı olacaq və ona əsasən, bütün Aİ ölkələri bu cinayətə görə cinayət təqibini öz qanunvericiliyinə daxil etməli olacaqlar. Direktivdə bu cinayətə görə minimum cəza da müəyyən ediləcək.
Gözlənilir ki, sanksiyalardan yayınma ilə mübarizə tədbirləri Aİ-nin Rusiyaya qarşı hazırda müzakirə olunan 9-cu sanksiyalar paketinə daxil ediləcək. Avropa Komissiyasının üzvü Didier Reynders daha əvvəl bildirmişdi ki, Avropa Komissiyasının direktivi digər məsələlərlə yanaşı, sanksiyalar rejimini pozmağa cəhd edənlərin aktivlərini dondurmayacaq, əksinə müsadirə edəcək – bu tədbir “Aİ-yə qarşı cinayətlərə” görə cəza kimi nəzərdə tutulub".
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Forbes
Açıq mənbələrdən götürülüb