Dünya

Şantajçı hakerlərə 11 milyon dollar ödənilib

10 İyun, 2021
64

Sosial Media

Dünya üzrə ən iri ət məhsulları konserni olan JBS kiberhücumdan sonra şantajçı hakerlərə 11 milyon dollar məbləğində vəsait ödəyib. 

Bu barədə iyunun 10-da "Soboda.org" məlumat verib. 

Bildirilir ki, şirkətin ABŞ nümayəndəliyinin Baş direktoru Andre Noqeyra qərarı “ağrılı, amma doğru” adlandırıb. O qeyd edib ki, müştərilər üçün yarana biləcək istənilən riski aradan qaldırmaq üçün bu cür qərar qəbul etmək zəruri idi. Ödəniş hakerlərin tələb etdiyi kimi bitkoinlərlə həyata keçirilib.

Məlumata görə, iyunun əvvəlində JBS amerikalıların istehlak etdikləri ətin ¼-ni tədarük edən doqquz ət kombinatının fəaliyyətini dayandırmalı olub. Bu addımın səbəbi JBS-in ABŞ-da, Kanadada və Avstraliyadakı kompüter sistemlərinə edilən kiberhücumlar olub. Sonradan aydın olub ki, şirkət şantajçı-proqram vasitəsilə hücuma məruz qalıb. Bu proqram vasitəsilə hakerlər kompüterləri bloklayır və pul alandan sonra sahiblərinə qaytarırlar. 

Federal Təhqiqatlar Bürosu (FTB) bildirib ki, kiberhücumun arxasında Rusiya ilə bağlı olan "REvil" haker qrupu dayanır və onlar "Sodinokibi" kimi tanınan şantajçı-proqramdan istifadə edirlər. 

Daha əvvəl eyni kiberhücum "Colonila Pipeline" boru kəmərinin dayanmasına səbəb olmuşdu. Nəticədə bəzi ştatlarda benzin defisiti yaranmış, yanacağın qiyməti artmışdı. "Colonila Pipeline" də bitkoinlərlə 8 milyon dollar məbləğində ödəniş etməyə razı olub. ABŞ-ın Ədliyyə Nazirliyi iyunun 8-də bildirib ki, həmin məbləğin 2 milyonunu qaytarmağa nail olub.

Ağ evdən verilən xəbərlərə görə, Co Bayden iyunun 16-da Vladimir Putinlə şəxsi görüşündə Rusiya ərazisindən edilən kiberhücumların dayandırılmasını tələb edəcək. 

Rusiya hakimiyyəti isə hücumlarda hansısa aidiyyatını olmasını inkar edir və haker qruplarının dünyanın müxtəlif ölkələrindən fəaliyyət göstərə biləcəklərini söyləyir.
 

Dünya

Baş Prokurorluq 4 namizdəin həbsi üçün vəsatət verib

20 İyun 2021

Açıq mənbələrdən götürülüb

Ermənistan Baş Prokurorluğu Mərkəzi Seçki Komissiyasına 4 namizədin haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət göndərib. MSK-nın hüquq şöbəsinin müdiri Liliya Akopyan “Azadlıq” radiosunun erməni xidmətinə deyib ki, komissiya iki namizədlə bağlı razılığını verib. Bunlar “Şərəf duyaram” blokunun namizədi Ruben Xlgatyan və “Çiçəklənən Ermənistan” partiyasının namizədi Aramais Aproyandır. MSK təmsilçisinin sözlərinə görə, daha iki namizəd üçün vəsatətlər müzakirə olunmayıb, qanun üç günlük bir müddət təyin edib. Həmin vəsatətlərin seçkidən bir gün öncə - iyunun 19-da daxil olduğu bildirilir. Seçki günü təşviqatın Seçki Məcəlləsi ilə də qadağan olunduğunu əsas gətirən Liliya Akopyan Akopyan Baş Prokurorluğun hansı namizədlərin həbsi ilə bağlı müraciət...
Dünya

Seçki günü Ermənistanda məntəqədə atəş açılıb

20 İyun 2021

Sia.az

İyunun 20-də Ermənsitanda seçki məntəqəsinə atəş açıldığı bildirilir. Bu haqda News.am xəbər verir. Polis Şöbəsinə Azataşen kəndindəki seçki məntəqəsinə atəş edildiyi barədə məlumat daxil olduğu deyilir. Araşdırma zamanı məlum olub ki, seçki məntəqəsində “Çiçəklənən Ermənistan” Partiyası ilə “Verelk” Partiyasının nümayəndələri arasında mübahisə düşüb və bir neçə dəfə atəş açılıb. Faktla bağlı araşdırma aparılır. Emənistanda “Respublika naminə” partiyasının rəhbəri, “Şirinyan-Babacanyan demokratlar bloku”nun liderlərindən Arman Babacanyan seçki günü səhər saatlarında avtomobilinin yan şüşəsində güllə izi tapdığını deyir. Bu haqda “Azadlıq” radiosunun erməni xidmətinə danışan siyasətçi özünə heç nə olmadığını bildirib. Onun sözlərindən məlum olur ki, hadisə vaxtı avtomobildə nə özü, nə də...
Seçilmiş Videolar