Açıq mənbələrdən götürülüb
İyunun 9-da Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan açıqlayacağını vəd etdiyi audioyazını ictimailəşdirib.
"AzadlıqRadiosu"nun Erməni xidməti – "Azatutyun" yazır ki, Sarqsyanın sözlərinə görə, bu səs yazısı baş nazir əvəzi Nikol Paşinyanı Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində ifşa edir.
Serj Sarqsyan sözügedən səs yazısını “Xidmətinizdəyəm” blokunun Geqarkunik vilayətində keçirilən tədbirində səsləndirib.
"Azatutyun" yazır ki, Nikol Paşinyanın səsi eşidilən bu audionun harada yazıldığı məlum olmur.
Audiodakı səs deyir:
“Mən 2018-ci il mayın 12-də Soçiyə getdim, çünki orda görüşlərim vardı, daha doğrusu, bizim ilk tanışlığımız baş verirdi. Bu elə bir yer idi ki, burda iclaslardan əvvəl və sonra kofe-filan içmək üçün yığışırlar. Elə bu vaxt Putin, Nazarbayev və Lukaşenko gəlirlər və mənə deyirlər: “Sənin indi böyük populyarlığın var, sənin qismətinə Qarabağ məsələsini həll etmək şansı düşüb”. Mən deyirəm, yaxşı, tarixi şans var, amma, sizcə, həll etmək nə deməkdir? Onlar mənə “Lavrovun planı"nda yazılanlardan danışırlar: qoşunların çəkilməsi-filan. Deyirlər ki, onlar gəlib orda dayanacaqlar, heç milçək də uça bilməyəcək. Mən deyirəm ki, Qarabağın statusu müəyyən edilməyənədək bu məsələ müzakirə mövzusu ola bilməz. Mən heç bu varianta da razı deyiləm, amma siz mənə başqa şey deyirsiniz. Elə bu vaxt həm Putin, həm Nazarbayev, həm də Lukaşenko deyirlər ki, Əliyev Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını bilir. Mən deyirəm, əla, bu maraqlıdır. Gəlin bütün bunları kağıza yazaq və bu, müzakirə üçün çox maraqlı mövzu olacaq. Mən də o kağızı gətirib xalqa deyərəm ki, belə bir təklif var: bu sizin üçün maraqlıdır, ya yox. Amma yox, onlar deyirlər ki, burada ikinci nüans var: sədacə olaraq o (Əliyev) deyir ki, mən bu kağızı indi göstərsəm, millətim üçün satqın olaram. Mənsə onlara deyirəm: başa düşdüm ki, o, faktiki olaraq sizin köhnə dostunuzdur və siz istəmirsiniz ki, o, milləti üçün satqın olsun. Siz istəyirsiniz ki, mən öz millətimin satqını olum. Mən dedim ki, bu olmayacaq. Bütün bunların nəticəsində anladım ki, onlar məni həmin konveyerin üstünə qoymaq istəyirlər. Sonda, bütün söhbətlərə, təbəssümlərə, tostlara baxmayaraq Aprel döyüşləri baş verdi. Mənə aydın oldu ki, burda mənim vəzifəm dəqiq müəyyənləşdirilib və bu konveyerdən qaçmaq, onun üstündən kənara atılıb başqa yerdə olmaq lazımdır. İfadəmə görə bağışlayın, özümü bir az dəliliyə, bir az da qeyri-adekvatlığa qoymalı, amma bu konveyerdən kənara atılmalıydım. Onda vəziyyət çox riskli idi. Çox-çox riskli məsələ idi”.
"Azatutyun" yazır ki, baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu səs yazısına hələki reaksiya verməyib.
Amma Ermənistanın üçüncü prezidenti Paşinyanı danışıqları dalana salmaqda ittiham edib:
“Belə nəticə çıxır ki, bu adam dəli deyil. O özünü dəliliyə qoyub gic-gic hərəkətlər edir. Bu, bir ölkə başçısı üçün sadəcə yolverilməzdir”.
"Azatutyun"un xatırlatmasına görə, bu yaxınlarda Serj Sarqsyan demişdi ki, Paşinyan onun ordu üçün ayrılmış pulları Monte Karloda kazinoda uduzduğuna dair ittihamına 24 saat ərzində bircə sübut göstərə bilməsə, o həmin audionu ictimailəşdirəcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
Neft gəlirləri doğrudanmı ədalətli bölüşdürülüb? - Natiq Cəfərliylə müzakirə