DW
Səfərbərlikdən qaçan Rusiya vətəndaşları sığınacaq üçün ABŞ-a müraciət edə bilərlər.
DW xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məlumat verib.
"Biz inanırıq ki, vətəndaşlığından asılı olmayaraq, onlar ABŞ-a sığınacaq üçün müraciət edə bilərlər. Hər bir müraciətə ayrı-ayrılıqda baxılacaq", - Jan-Pyer deyib.
Bununla belə, o, səfərbərlikdən qaçan ruslara sığınacaq verilməsi üçün hansısa xüsusi imtiyazların verilib-verilməyəcəyinə aydınlıq gətirməyib.
Rusiya Prezidenti Vladimir Putin ölkədə səfərbərlik elan edəndən sonra on minlərlə insanın ölkədən çıxmağa hazırlaşdığı qeyd edilib. Gürcüstan və Qazaxıstanla sərhəd keçid məntəqələrində uzun növbələr yaranıb. Rusiya Müdafiə Nazirliyi səfərbərliyə 300 000 min şəxsin cəlb olunacağını açıqlayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb