Dünya

Serj Sarkisyana cinayət işi açıldı

12 Oktyabr, 2021
540

Sputnik

Sabiq prezidentin kazinolarda 100 milyon dollar xərclədiyi iddia olunur.
 
"Sputnik Ermənistan"-ın oktyabrın 12-də verdiyi məlumata görə, Ermənistanın Xüsusi İstintaq Komitəsi ölkənin üçüncü prezidenti Serj Sarkisyanın Almaniyanın Baden-Baden şəhərinə qanunsuz səfərləriylə bağlı cinayət işi açıb.
 
İstintaq Komitəsi prezident təyyarəsinin 2008-2017-ci illər arasında Baden-Badenə qeyri-işgüzar səfərlər etdiyini açıqlayıb.
 
Oktyabrın 8-də Komitə respublikanın Baş Prokurorluğundan cinanət işi üçün materialları əldə edib.
 
"Materialların hazırlanması zamanı məlum olub ki, təyyarə Baden-Baden şəhərinə səfər etmək üçün Almaniya Federativ Respublikasının Kralsrue hava limanına dəfələrlə reys edib. Səfərlər zamanı qəbul edilmiş rəsmi prosedurlar pozulmuşdur", - deyə Komitədən bildirilib.
 
Məsələ ilə əlaqədar olaraq Ermənistan Cinayət Məcəlləsinin 308,2 maddəsiylə (vəzifə səlahiyyətlərini aşma) cinayət işi açılıb.
 
Avqustun 25-də Ermənistan parlamentində "Mənim addımın" fraksiyasının deputatı Xaçatur Sukiasyan bəyan etmişdi ki, Serj Sarkisyan Baden-Badenin kazinolarında 100 milyon dollar xərcləyib. Bundan sonra S.Sarkisyan Suikasyanı və parlament apparatını məhkəməyə vermiş, mənəvi təzminat tələb etmişdi.
 
Bundan əvvəlki açıqlamalarında isə Sarkisyan Baden-Badenə səfərlər etdiyini, ancaq bunların sırf sağlamlıq və mədəniyyət məsələləriylə əlaqədar olduğunu demişdi.
 
Serj Sarkisyan 2008-2018-ci illərdə Ermənistanın prezidenti olub.

Dünya

Azərbaycanda 9 məktəb distant təhsilə keçdi

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

9 məktəb, 344 sinif koronavirusa görə distant təhsilə keçib. Bu barədə oktyabrın 19-da Təhsil Nazirliyindən məlumat verilib.  Bildirilib ki, ölkənin ümumtəhsil məktəblərində 90 minə yaxın sinif var. Onlardan cəmi 344-ü (0,3 faizi) distant təhsilə keçib.
Dünya

Rusiya Ermənistana 1 milyard dollarlıq investisiya yatıracaq

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Rusiya yaxın vaxtlarda Ermənistan iqtisadiyyatına 1 milyard dollarlıq investisiya yatıra bilər.  TASS-ın məlumatına görə, bu barədə Rusiya iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç açıqlama verib.  Nazir müavininin sözlərinə görə, bu investisiya Rusiya və Ermənistan arasında iqtisadi, sosial və mədəni əlaqələrə çox ciddi töhfələr verəcək. Yeni iş yerlərinin açılmasına və infrastrukturun inkişafına gətirib çıxaracaq.  Statistikalara əsasən, Ermənistan Respublikasına yatırılan xarici investisiyanın 40%-i Rusiya Federasiyasının payına düşür. 
Seçilmiş Videolar